İspik Bələdiyyəsi tərəfindən Ramazan bayramı ərəfəsində aztəminatlı ailələrə ərzaq payı verilib
Quba rayonu İspik bələdiyyəsi Ramazan bayramı ərəfəsində növbəti dəfə bir qrup şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı təqdim edib. Bununla bağlı məlumatı adıçəkilən bələdiyyənin sədri Toğrul Kərimov bildirib.
Sədr qeyd edib ki, ərzaq yardımı İspik bələdiyyəsi umumilikdə 15 nəfər
olmaqla, 1 şəhid ailəsi, 1 müharibə veteranı və 13 nəfər aztəminatlı ailə
verilib.
Sədrin sözlərinə görə, mövcud vəziyyət mütəmadi olaraq öyrənilir,
qarşıya çıxan problemlərin həli istiqamətində əməli tədbirlər görülür və aztəminatlı
ailələrin zəruri ehtiyaclarının ödənilməsi davam etdirilir.
Belediyye.info