Bələdiyyə sədri: “Bir sıra mərkəzi icra orqanlarının diqqətsizliyi fəaliyyətimizə müəyyən çətinlik yaradır ”
“Sədr
seçilərkən bələdiyyənin 22.000 manat DSMF-yə borcu var idi”- bu fikirləri Bərdə
rayonu Kətəlparaq Bələdiyyəsinin sədri Talıb Allahyarov bildirib.
“2019-cu
ildə seçkilərə qatılıb bələdiyyə üzvü, 2020-ci ilin sentyabrından isə bələdiyyə
sədri vəzifəsinə seçildim”- sədr söhbətinə davam edib.
Daha
sonra sədr qeyd edib ki, seçilərkən əsas məqsədimiz əvvəlki illərdə yaranmış
borcu silmək oldu. Bunun üçün vergi ödəyicilər
arasında maarifləndirmə işlərinin aparılmasına ciddi şəkildə çalışdıq.
Sədr
qeyd edib ki, həm Bərdə RİH-lə, həm də Bərdə regional ədliyyə idarsinin tövsiyələrinə
uyğun olaraq addımlar atmaqla borcu bağlamaq mümkün oldu.
Bələdiyyənin bu gün əsas vəzifəsi ilkin ödənişlərin yalnız
qanunvericiliyin tələbinə uyğun olaraq borcları ödəməkdir. Hazırda hər hansı
quruma borcumuz yoxdur. Talıb Allahyarov bildirib ki, maarifləndirmə işləri
vergilərin yığımında kömək etmiş olsa da, əsaslı şəkildə problemlərimizin həm də
mərkəz icra qurumları da öz sözünü deməli və fəaliyyətimizə dəstəyini göstərməlidir. Bir sıra mərkəzi
icra orqanlarının diqqətsizliyi bələdiyyənin
borclarının yaranmasına və bələdiyyənin idarəetməsinə müəyyən çətinlik yaradır.
Sədr
daha sonra qeyd edib: “Bu diqqətsizlik bələdiyyənin nüfuzuna xələl gətirir. Bələdiyyələrin
probleminin həlli üçün qanunvericilikdə müəyyən dəyişkiliyin edilməsinə ehtiyac
var. Torpaq satışında müəyyən problemlərlə
bəzən üz-üzə qalırıq. Misal olaraq qeyd etmək istərdim ki, Bakı şəhər sakini bələdiyyə
torpağının üzərində zəbt etdiyi ərazidə ev tikdirib. Sözsüz ki, vətəndaşa
torpaq satışı bilavasitə qanun çərçivəsində olmalıdır. Bütün sənədlər hazır,
ancaq bir problem çıxır. Tələb olunur ki, adam 5 il burda yaşamalıdı.
Bələdiyyələrin
icarə torpaqlarının yeni bazar qiymətilə uyğunlaşdırılması və vaxtı bitmiş icarəçilərin
müqavilələrinin yenilənməsinə dair müraciətlərin Əmlak məsələləri Dövlət xidmətinin
müvafiq qurumları tərəfindən gecikdirilməsidir.
Belediyye.info
Rəylər
0 Rəy