Şəmistan Yusifov: “Sərkar bələdiyyəsinin təşəbbüsü ilə kəndin Vətən müharibəsi qaziləri ziyarət olunub”
“Samux
rayon Sərkar bələdiyyəsinin təşəbbüsü ilə kəndin Vətən müharibəsi qaziləri
ziyarət olunub”- bu barədə məluamtı adıçəkilən bələdiyyənin sədri Şəmistan Yusifov
bildirib.
Sədrin
sözlərinə görə, Novruz bayramı ərəfəsində - 19 Mart 2024-cü il tarixdə Sərkar Bələdiyyəsi
tərəfindən 12 qazi ailəsi ziyarət edilib
və onlara bayram sovqatı tədim edilib.
Sədr
bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçməyə hazır
olan qazilərə və onların yaxınlarına,
doğmalarına, ailə üzvlərinə diqqət, qayğı göstərmək hər birimizin vətəndaşlıq
borcudur.
Qazilər və ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Rəylər
0 Rəy