Başlıca məqsədimiz bizə səs vermiş seçicilərin etimadını doğrultmaqdır
(Ağdaş rayon
Qaradağlı bələdiyyəsinin 2023-cü ilin yekununa dair
HESABATI)
“Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq,
Ağdaş rayon Qaradağlı bələdiyyəsi 2023-cü ilin yekunu barədə hesabatı ictimaiyyətə
çatdırır.
2023-cü il ərzində bələdiyyə 33 iclas keçirmişdir.
İclasın gündəliyinə 60 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar
verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 8 ədədi mülkiyyətə torpaq sahələri
ayrılması ilə 10 ədədi bələdiyyə qulluqçularının əmək haqlarının verilməsi, 11 ədədi
vətəndaşların ərizə və şikyətlərinə baxılması, 6 ədədi digər idarə və təşkilatlardan
daxil olmuş tövsiyə məktublarının müzakirəsi, 9 ədədi Hərrac komissiyası tərəfindən
vətəndaşların adına verilmiş şəhadətnamələrin ləğv edilməsi , 16 ədədi təşkilati
və digər məsələlərlə bağlı olub.
Vətəndaşların
qəbulu və müraciətlər
Hesabat dövründə bələdiyyəyə 17 ədəd ərizə və 43 ədəd
məktub daxil olub. Ərizələrdən 8 ədədi fərdi yaşayış evi tikintisi üçün həyətyanı
torpaq sahəsi ayrılması ilə, 6 ədədi maddi yardım istəməsi ilə bağlı, 1 ədədi pay
torpaq sahəsinə mal-qaranın ziyanlıq vurması ilə bağlı,2 ədədi isə digər məsələlərlə
bağlı olub.
Fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq
sahəsi almaq üçün müraciət edənlərdən 8 nəfərə torpaq sahəsi satılmış, 6 nəfərə
maddi yardım göstərilmişdir. Bunlar: Malay kənd sakini Allahverdiyev Fərman
Ziyad oğlu (həyat yoldaşı canavar hücumuna məruz qalib, yaralanmışdır),
Mustafayev Tərlan Oruc oğlu (I Qarabağ müharibəsi əlili), Qaradağlı kənd sakinləri
Süleymanova Ulduzə Çingiz qızı (həyat yoldaşı həbsdə, anası isə ağır xəstədir),
Həmidov Ehtibar Vahid oğlu ( I Qarabağ müharibəsi veteranı), Əliyeva Reyhan
Əlibaba qızı (II Qarabağ müharibəsi şəhidi Əliyev Cəlil Qüdrət oğlunun anası), Cücük kənd sakini
Abdullayev Rövşən Abdulla oğlu (I Qarabağ müharibəsi əlili) olmaqla cəmi 1050
(bir min əlli) manat maddi yardım bələdiyyə büdcəsindən ödənmişdir.
1 nəfər pay torpaq sahəsinə vurulan ziyanla bağlı
müraciət edən vətəndaşın sahəsinə baxış keçirilmiş və Ağdaş rayon Məhkəməsinə təqdim
etmək üçün arayış verilmişdir.
Bundan başqa Qaradağlı və Malay kənd yollarının
çınqıl daş və şebellə təmiri üçün bələdiyyə büdcəsindən 2000 (iki min) manat vəsait
ayrılmış və yollar təmir edilmişdir. Suvarma arxları lildən təmizlənmiş və
ehtiyac olan hissələr yenidən qazılmışdır.
Müvafiq dövrdə vətəndaşların şifahi qəbulları da təşkil
olunmuşdur. 2023-cü il ərzində bələdiyyəyə 112 nəfər müxtəlif problemlərlə
bağlı şifahi müraciət etmişdir. Bunların çox hissəsi pay torpaq sahəsinin
ölçülməsi, kənd yollarının təmiri, kəndlərdə su və texnika çatışmazlığı ilə
bağlı olmuşdur. Bələdiyyəmiz tərəfindən müraciət edən vətəndaşlara səlahiyyətimiz
daxilində lazımi köməklik göstərilmiş, digər məsələlərlə bağlı müvafiq
orqanlara yönəldilmişdir.
2023-cü il ərzində bələdiyyəmizə rəsmi orqanlardan 43
ədəd sənəd və məktub daxil olub. Onlardan 6 ədədi yerli İcra Hakimiyyəti
orqanından, 35 ədədi Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsindən, 2
ədədi digər idarə və təşkilatlardan göndərilib. Göyçay Regional Ədliyyə İdarəsindən
göndərilən tövsiyə, təlimat və məlumat xarakterli sənədlər, qanun və
qaydalardan çıxarışlar müzakirə olunmuş və istifadə üçün qeydiyyata alınmışdır.
Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq nəzarət
qaydasında baxılması üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.
Bələdiyyələrin fəailiyyətini gücləndirmək üçün lazım olan ən mühüm məsələlərlə
bağlı tövsiyələr Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrə göndərilmişdir.
Bələdiyyələrin fəaliyyətində mühüm amil olan yerli vergilərin toplanmasında
yaranan problemlərin də həllinə köməklik göstərilməsi məqsədi ilə seminarların
keçirilməsi işimizə xeyli köməklik göstərmişdir.
Bələdiyyə
büdcəsi
Gəlirlər
2023-cü il ərzində bələdiyyə gəlirləri 27.842.21
manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:
-
Fiziki
şəxslərdən torpaq vergisi 4.831.71 manat
-
Fiziki
şəxslərdən əmlak vergisi 1.144.69 manat
-
Bələdiyyə
əmlakının özgəninkiləşdirilməsindən daxil olan gəlirlər 9.120 manat
-
Icarəyə
verilmiş torpaq sahələrindən alınan icarə haqqı 9.799.56 manat
-
2023-cü
ilin əvvəlinə qalıq 1.126.25 manat
-
Dotasiya 1.820
manat
Onu da qeyd edim ki, keçən ilin müvafiq dövrü ilə
müqayisədə bu il bələdiyyə gəlirlərində 1.230 manat artım olmuşdur.
Xərclər
Hesabat dövründə bələdiyyənin xərcləri 26385.21
manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir:
-
əmək
haqqı və onunla bağlı digər ödəmələr 13600 manat
-
əmək
haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığorta) 3442.98
manat
-
dəftərxana
ləvazimatı, mal və materialın alınmasına 230 manat
-
telefon
və kommunal xərclərinin ödənilməsinə 267 manat
-
mətbuata
abunə xərclərinə 197.4 manat
-
Kənd
yollarının təmiri 2000 manat
-
Maddi
yardım 1050 manat
-
Onlayn
xidmət haqqı 746.88 manat
-
Audit
xidməti haqqı 1700 manat
-
sair
xərclərə (Bələdiyyələrin Milli Assosiasiyasına üzvülük haqqı, reyester idarəsinə,
Hərracların Təşkili Komitəsinə və s...) 3150.95 manat
Mülki dövriyyəyə
cəlb olunan torpaq sahələri
2023-cü il ərzində 0.39 ha torpaq sahəsi həyətyanı
məqsədi ilə biləvasitə və hərrac yolu ilə satılmışdır.
Tədbirlər
Ağdaş rayon Qaradağlı bələdiyyəsinin sədri müxtəlif
yerli əhəmiyyətli tədbirlərdə iştirak etmişdir. Bunlara milli bayramlar, zəfər
günü ilə bağlı tədbirlərin təşkili, narkomaniyaya qarşı gənclərin maarifləndirilməsi
üçün təşkil olunan iclasları misal göstərmək olar. Bundan əlavə milli
bayramımız Novruz bayramı ilə əlaqədar rayon mərkəzində keçirilən tədbirdə bələdiyyəmiz
yaxından iştirak etmiş, bayram faytonu hazırlatmışdır. May ayında Ulu Öndər
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə, 26 iyun Silahlı qüvvələr
gününə həsr olunmuş bayram tədbirində bələdiyyə sədri yaxından iştirak etmiş, hər
iki tədbirin təşkilində köməklik göstərmişdir. 08 noyabr Zəfər günü münasibəti
ilə, Yeni il və Həmrəylik günü münasibəti ilə tədbirlərin təşkilində fəal
iştirak etmişdir.
Sonda qeyd etmək istəyirəm ki, fəaliyyətimizdə bir
başlıca məqsəd var, o da bizə səs vermiş seçicilərin etimadını doğrultmaqdır. Məqsədimiz,
məramımız ancaq kəndlərimizin abadlaşdırılmasına, seçicilərimizin sosial
problemlərinin həll olunmasına, bizə müraciət edən vətəndaşlarımızın hər
birinin müraciətini nəzərə alaraq onun təmin olunmasına xidmət göstərməkdir.
Əli Musayev
Ağdaş rayon Qaradağlı bələdiyyəsinin sədri
Rəylər
0 Rəy