Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-01-2024 , 22:40

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyə sədri: “Son üç ildə fəaliyyətimizdə kifayət qədər keyfiyyət dəyişikliyi baş verib”


“Fəaliyyətimizin əsas məqsədi vətəndaş məmnunluğunu təmin etməkdir”- bu fikirləri Belediyye.infoya Quba rayonu Tüləkəran Bələdiyyəsinin sədri Rauf Hüseynov bildirib.

Sədr bildirib ki, bələdiyyə 2020-ci il üzrə torpaq vergisi – 167 manat toplaya bilmişdisə, 2023-cü il üzrə bu rəqəm  8.160 olub.

2020-ci ildə əmlak vergisinin həcmi 338 manat olduğu halda, bu rəqəm 2023-cü ildə  13.145 manat olub.

Göründüyü kimi, torpaq vergisnin həcmi 49 dəfə, əmlak vergisinin həcmini isə  39 dəfə artıra bilmişik.

Hazırda əmlak vergisinin ümumi büdcə gəlirində tutduğu həcmi 35 faiz , torpaq vergisinin həcmi isə 22 faiz təşkil edir.

Etiraf edilməlidir ki, bələdiyyənin azsaylı kollektivi  fədakarlığı sayəsində son üç ildə kifayət qədər keyfiyyət dəyişikliyinə nail olunub.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər