Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-06-2023 , 19:50

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Əminəm ki, əldə etdiyiniz  bilik və bacarıqlar, seçdiyiniz vətəndaş mövqeyi və dəyərlər sizə həyat yolunda töhfə verəcək”

Bələdiyyə sədri: “Əminəm ki, əldə etdiyiniz  bilik və bacarıqlar, seçdiyiniz vətəndaş mövqeyi və dəyərlər sizə həyat yolunda töhfə verəcək”

Quba rayonu Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynovun məktəblilərin “Son zəng” günü ilə bağlı müraciəti sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

“Əziz məzunlar!

Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibətilə təbrik edir, ən xoş arzularımı bildirirəm.

Siz yeni arzularla gələcəyə hədəflənirsiz. Yeni həyat yolu Sizə məqsəd və imkanlarınızı birləşdirmək amalı bəxş edir. Bu amalla da  ilk növbədə Vətənə, xalqa, insanlara xidmət vəzifəsi ilə müxtəlif həyat yollarını seçirsiniz. Əminəm ki, əldə etdiyiniz  bilik və bacarıqlar, seçdiyiniz vətəndaş mövqeyi və dəyərlər sizə həyat yolunda töhfə verəcək.

Sizin hər biriniz bizim üçün  dəyərli və əvəzolunmazsınız!

Yeni həyat mərhələsində sizə uğurlar arzulayıram!”

Rəylər

0 Rəy


Rəy yaz