Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-02-2024 , 15:07

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Zaqatala Bələdiyyəsi bundan sonrada vətəndaş müraciətlərini  həll olunmasını  daim diqqətdə saxlayacaq

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. 

Ulu öndərin başçılığı altında müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu- bələdiyyə orqanları yaradılmış və fəaliyyətə başlamışdır. Ötən müddət ərzində ulu öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, yerli özünüidarəetmə daha da təkmilləşmişdir.

Bu illər ərzində yerli ozünüidarəetmə orqanları da özünəməxsus inkişaf yolu keçərək ölkəmizdə aparılan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekaloji və digər layihələrin, coxsaylı regional proqramların reallaşmasında mühüm rol oynamışdır.

2023-cü il ərzində Zaqatala Bələdiyyəsi öz işlərini tərtib olunmuş iş planına əsasən və Bələdiyyələrlə İş Mərkəzi tərəfindən göndərilmiş tövsiyyələr əsasında  qurmuşdur. Hesabat ili ərzində Şəhər Bələdiyyəsinin 4 daimi komissiyası fəaliyyət göstərmişdir.

Bunlar İqtisadi inkişaf komissiyasi- komissiya sədri Ramin Ağakişiyev

            Büdcə komissiyası              - komissiya sədri Sədulla Əfəndiyev

            Sosial məsələlər üzrə daimi komissiya - komissiya sədri Namidə Süleymanova

            Ekalogiya komissiyası         - komissiya sədri Ramin Nəsirov

Həmin komissiyaların illik iş planları bələdiyyə iclasında müzakirə olunaraq təsdiq edilmiş və həmin plana əsasən komissiyalar öz işlərini qurmuşlar.

Hesabat dövründə Zaqatala Bələdiyyəsinin 23 dəfə iclası keçirilmiş, iş planında nəzərdə tutulan və əlavə olaraq ehtiyac olan məsələlər müzakirə olunmuş, münasib qərarlar qəbul edilmişdir. Qəbul edilmış qərarların hec biri məhkəmə tərəfindən ləğv edilməmiş,  bütün qərarlar Bələdiyyələrlə İş Mərkəzi tərəfindən qəbul olunmuşdur.

Zaqatala Bələdiyyəsinin maliyyəsinin iqtisadi əsaslarını fiziki şəxslərdən yığılan əmlak və torpaq vergisi, müqavilə əsasında icarəyə verilmiş torpaqlardan icarə haqqı, torpaq satışından əldə edilən gəlirlər, mehmanxana və dayanacaq xidmətindən istifadəyə görə rüsum təşkil edir.

Bələdiyyəmiz, büdcəsinin formalaşmasında yerli vergilərin toplanmasına xüsusi diqqət yetirilmişdir.  Belə ki 2023-cü il ərzində əldə edilən gəlirlər:

-Torpaq və əmlak vergisindən                            -          93.964 manat

-Torpaqların icarəyə verilməsindən                    -          4.513 manat                                                                     

- Avtomobil dayanacaqlarından                          -            440 manat    

-Bələdiyyə əmlakının özəlləşdirilməsindən        -           19.901 manat

- Mehmanxana vergisi                                         -            940 manat     

- Digər gəlirlər                                                     -            6622 manat  

-Dotasiya                                                             -            7.000 manat                                        

Olmaqla cəmi 133.380  manat vəsait daxil olmuşdur. 

Hesabat dövründə Bələdiyyəmiz əsas gəlir mənbəyi kimi hesab olunan əmlak və torpaq vergilərinin toplanmasına xüsusi diqqət yetirmişdir. Əvvəlki illərə nisbətən il-ildən əmlak və torpaq vergisindən daxil olan gəlirlərdə artım müşahidə olunur. Bu da Bələdiyyəmizin bu sahədə gördüyü işlər nəticəsində mümkün olmuşdur. Beləki bələdiyyə üzvlərindən və qulluqçularından ibarət komissiya yaradılmış, vergi nəzarətçiləri vasitəsilə fiziki şəxslərin vergi borcu haqqında bildirişlərin paylanması həyata keçirilmişdir. Hər bir qeydiyyata alınmış fiziki şəxsə tərəfimizdən bilidirişlər göndərilmiş, ödəniş kodları verilmiş, ödənişlərin yerli poct və bank vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur.

Ümumilikdə əhalinin bələdiyyəyə olan torpaq və əmlak vergi  borcları haqqında məlumatlar fiziki şəxslərə göndərilən bildirişlərdə öz əksini tapır və ödənilməsi üçün nəzarətdə saxlanılır. Ödənişdən kənarda qalmış vergi ödəyiciləri haqqında məlumatlar sistemə daxil edilərək onlara bildirişlərin göndərilməsi təmin edilir. Vergi borclarını ödəməkdən imtina edən fiziki şəxslər barəsində məlumatlar rayon İcra və Probasiya Şöbəsinə göndərilir, həmin şəxslərin vergiyə cəlb olunması təmin olunur. Hesabat dövründə 26 vergi ödəyicisi vergiləri ödəmədiyi üçün müvafiq tədbir görülməsi ilə əlaqədar  rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.

Hesabat dövründə Zaqatala Bələdiyyəsi SMİLE MMC ilə müqavilə bağlayaraq 320 manat ödəniş müqabilində 4000 sms limiti almış və fiziki şəxslərin vergi borcları haqda məlumatları vergi ödəyicilərinin  mobil telefonlarına mesaj vasitəsilə göndərərək onları məlumatlandırmışdır. Bütün bunlara baxmayaraq bələdiyyə vergilərinin toplanması ilə əlaqədar görüləcək işlərimiz coxdur. Belə ki, ötən dövrlərdən qalmış debitor borc 57264 manat təşkil edir. Bu borcların yıgılması, Mənzil fonduna aid olub özəlləşdirilmiş əmlakların vergiyə cəlb olunması üçün tərəfimizdən daha təsirli tədbirlər həyata keçirilməlidir. Bundan başqa mehmanxana rüsumlarının toplanmasında da xeyri görüləcək işlərimiz vardır. Bu istiqamətdə Bələdiyyəmizin vergi şöbəsi təxirəsalınmaz tədbirlərin həyata kecirilməsini davam etdirməlidir.

Azərbaycan Respubliksı Bələdiyyələrlə İş Mərkəzi və Bələdiyyələrin Milli Assosasiyasının birgə fəaliyyəti nəticəsində BAMS proqramı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət  Xidməti  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin  məlumat bazasına inteqrasiya etmişdir. Bu da bizə vergi ödəyiciləri haqqında dəqiq məlumatların əldə olunmasına və dəqiq vergi uçotunun qurulmasına imkan yaradır. Görülən bütün bu işlər gələcəkdə əmlak və torpaq vergisinin  yığımının artmasına səbəb olacaqdır.

Hesabat dövündə 12 ədəd müxtəlif ölçülü torpaq sahələri bələdiyyəmiz tərəfindən satılmışdır. Onlardan 9 torpaq sahəsi uzun müddət vətəndaşların öz istifadələrində olan torpaq sahələri olmuşdur. 3 torpaq sahəsi Şimal Qərb yaşayış massivində olmaqla, 2 si Şəhid ailəsinə, 1 -i  Qarabağ müharibəsi qazisinə dəyəri ödənilmədən verilmişdir.

Bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən əlavə olaraq torpaq sahəsi icarəyə verilməmişdir. Ümumilikdə Bələdiyyə mülkiyyətinə aid torpaq sahələrindən 12,76 ha –rı kənd təsərrüfatı, 29363 kv.m sahibkarlıq məqsədilə icarə müqaviləsi əsasında istifadə olunur. İcarəyə verilmiş torpaq sahələrindən icarə haqqını ödəməyən icarədarlara qarşı qanunvericilklə müəyyən edilmiş qaydalara əsasən tədbirlərin görülməsi davam etdirilmişdir.

2023-cü il ərzində  əldə olunan gəlirlər Bələdiyyənin smetasına əsasən daxili xərclərinə sərf edilməklə yanaşı, şəhərin abadlaşmasına və müxtəlif sosial tədbirlərin keçirilməsinə xərclənmişdir.

Belə ki, 2023-cü il ərzində Bələdiyyə büdcəsinə daxil olmuş vəsait aşağıdakı istiqamətlərə xərclənmişdir.

Əmək haqqına                                                                    63.427 manat, 

Dövlət Sosial Müdafiə fonduna                                         11307 manat,

Məşğulluq Mərkəzinə                                                         317  manat

Tibbi Sığorta                                                                       1269 manat

Həyat sıgortasına                                                                  117 manat 

Vəsait sərf olunmuşdur.

Zaqatala Bələdiyyəsində 4-ü bələdiyyə üzvü olmaqla 11 nəfər bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Hesabat dövründə onların orta aylıq əmək haqqı 440 manat təşkil etmişdir. Bu gün bələdiyyəmizin əmək haqqına və digər ödəmə mənbələrinə borcu yoxdur.

Ümumilikdə Zaqatala Bələdiyyəsinə daxil olan bütün pul vəsaitləri BAMS proqramı çərçivəsində bələdiyyəmizin Zaqatala Poct flialındakı hesabında formalaşır və göstərilən xidmətə görə Poct flialına il ərzində daxil olmuş vəsaitə uyğun olaraq  4.552 manat xidmət haqqı ödənilmişdir.

Silahlı Qüvvələrə Yardım fonduna hər ay 70 manat olmaqla 840 manat

Bələdiyyələrin Milli Assosasiyasına hər ay 100 manat olmaqla il ərzində 1200 manat üzvülük haqqı ödənilmişdir.  

Təsərrüffat və Komunal xərclərə                                       4044  manat

O cümlədən :  rabitə xidmətinə                                - 937 manat

                       Enerji haqqının ödənilməsinə            - 1092 manat

                       Yanacaq üçün                                     - 696 manat

                       Dəftərxana                                        - 1079 manat

                       Avadanlıqların alınmasına    - 240 manat vəsait sərf olunmuşdur.

20 yanvar faciəsində və torpaqlarımızın azadlığı uğrunda Şəhid olmuşların ailələrinə 1200 manat maddi yardımlar göstərilmiş, qış mövsümünün gəlişi ilə əlaqədar hər bir Şəhid ailəsinə istifadə etdikləri təbii qazın dəyərinin bir hissəsinin ödənilməsinə və ya odun yanacağının alınması üçün 2912 manat maddi yardım göstərilmişdir.  Fərdi qaydada Bələdiyyəmizə maddi yardım göztərilməsi ilə əlaqədar müraciət etmiş şəhər sakinlərinə və imkansız ailələrin yas mərasimlərinin keçirilməsinə köməklik məqsədilə ümumilikdə 1132 manat maddi yardım göstərilmişdir. Qurban bayramı münasibəti ilə  340 kq ət tədarük olunaraq şəhər ərazisində yaşayan  şəhid ailəsi, Qarabağ müharibəsi qazisi və imkansız ailələr olmaqla cəmi 170 ailəyə Qurban sovqatı paylanaraq 4771 manat, Ramazan Bayramı münasibəti ilə 20 imkansız ailəyə ərzaq yardımı göstərilərək 1004 manat vəsait sərf olunmuşdur.  Bundan başqa bir nəfər tələbənin təhsil haqqının bir hissəsinin ödənilməsi üçün 500 manat vəsait köməklik göstərilmişdir. 2023-cü ilin fevral ayında Türkiyə dövlətində baş vermiş zəlzələ ilə əlaqədar  türk vətəndaşlarına yardım məqsədilə Zaqatala Bələdiyyəsi tərəfindən 1700 manat vəsait Türkiyənin AFAD yardım fonduna ödənilmişdir. Ümumilikdə  Zaqatala Bələdiyyəsi tərəfindən 13718 manat miqdarında yardımlar göstərilmişdir.

Bundan başqa

Qəzetlərə  abunə yazılışına                                                        620 manat,

Torpaqların sənədləşmə işlərinə                                               5528 manat

Ezamiyyə xərclərinə                                                                  465 manat         

Audit xidmətinin göstərilməsinə                                               1500 manat

İdmanin inkişafına məqsədi ilə Zaqatala Futbol komandasına – 500 manat                                                                                                        

SMİLE MMC                                                                               320 manat

Bayramlar və digər tədbirlərə                                                      4915 manat,

Abadlıq işlərinə                                                                            4573 manat,

BAMS Proqramının təkmilləşdirilməsinə                                    6.842 manat

Digər xərclərə                                                                        4.779   manat                                                                                                          

 olmaqla cəmi 130.833 manat vəsait sərf olunmuşdur.

Hamımıza məlumdur ki 2023-cü il cənab Prezidentin müvafiq sərəncamına əsasən ölkəmizdə Heydər Əliyev ili elan olunmuşdur. Bu münasibətlə rayonumuzda coxsaylı tədbirlər həyata keçirilmişdir. O cümlədən Zaqatala Bələdiyyəsi tərəfindən bu münasibətlə rayonun Heydər Əliyev mərkəzində “Tarixi Şəxsiyyət və Qətiyyətli Lider”  adı altında tədbir keçirilmişdir. Tədbirdə Ulu öndər Heydər Əliyevin Həyat və yaradıcılığını əks etdirən cıxışlar səsləndirilmiş, 2023-cü ildə müxtəlif sahələrdə nailiyyətlər əldə etmiş 5 nəfər gənc Bələdiyyəmiz tərəfindən mükafatlandırılmış və tədbir konsert proqramı ilə davam etmişdir. Bundan Başqa 10 may günü münasibəti ilə rayonumuzda ağac və güllərin əkilməsi kompaniyası həyata keçirilmişdir. Zaqatala Bələdiyyəsidə keçirilən tədbirlərdə yaxından iştirak etmişdir.

Zaqatala rayonunda aparilan təmizlik, abadliq, yenidənqurma işləri ilə əlaqədar şəhər bələdiyyəsi də öz imkanlarından istifadə edərək müəyyən işlər görmüşdür. Belə ki,  Xocalı soyqırımı və Azərbaycanlılarin soyqırımı tədbirlərinin keçirilməsi zamanı soyqırım abidə kompleksində və ətrafında təmir işləri görülmüş, 1941-1945-ci il Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksində təmir işləri aparılmış, Zaqatala-Balakən magistral yol kənarları alaq otlarından təmizlənmişdir. Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Mübariz Əhmədzadənin tapşırığı və dəstəyi ilə Nizami küçəsində yerləşən piyadalar üçün nəzərdə tutulan körpü, Şəhər ərazisində yerləşən dayanacaqların dam örtükləri təmir olunmuşdur.

Bələdiyyəmiz şəhər ərazisində, çay hövzələrində, yol kənarlarında, parklarda aparılan bütün şəhər iməciliklərində və bu kimi digər tədbirlərin həyata keçirilməsində şəhər İnzibati Ərazi Dairəsi nümayəndəliyi ilə birgə yaxından iştirak etmişdir. Car kücəsində, Azərbycan prospektində yerləşən və yeni salınmış şəhər qəbristanlığında daim təmizlik işlərinin aparılması nəzarətdə saxlanılmışdır.

Şəhər əhalisinin bələdiyyəmizə istər yazılı ərizə formasında və istərsə də şifahi formada etdikləri müraciətlər daim diqqət mərkəzində olmuşdur. Daimi komissiyaların üzvləri ayrı-ayrı məhəllələrdə seçicilərlə görüşlər keçirmiş, həmin görüşlərdə seçiciləri narahat edən məsələlər və gündəlik qayğıları dinlənilmiş, mümkün olan köməkliklər göstərilmişdir.

Hesabat dövründə Zaqatala Bələdiyyəsinə 197 ədəd ərizə və məktub daxil olmuşdur ki, ondan 93-ü vətəndaşlar tərəfindən, 104-ü idarə və təşkilatlardan daxil olmuşdur. Vətəndaşlar tərəfindən daxil olmuş ərizələrdən 37-i fərdi-mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması barədə, 3-ü sahibkarlıq təyinatlı torpaq sahələrinin ayrılması barədə, 14-ü maddi yardım göstərilməsi ilə əlaqədar, 4-ü yas mərasiminə köməklik göstərilməsi üçün, 35-i diğər məsələlərlə əlaqəli olmuşdur.  Yardımla əlaqədar olan müraciətlərin hamısı öz həllini tapmış, torpaq məsələləri ilə əlaqədar olan müraciətlərə mümkün köməkliklər göstərilmiş, həlli mümkün olmayana isə qanunvericiliyin tələbləri izah olunmaqla  müvafiq cavablar verilmişdir.

Zaqatala Bələdiyyəsi bundan sonrada vətəndaş müraciətlərini  həll olunmasını  daim diqqətdə saxlayacaq, əlində olan imkanlardan maksimum istifadə edərək şəhər sakinlərimizin köməyi ilə yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirak edəcək, dövlətimizin həyata keçirdiyi quruculuq işlərinə daim dəstək verəcək, şəhərimizin abadlaşması, çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

Nurəli Əhmədov

Zaqatala Bələdiyyəsinin sədri


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər