Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-01-2024 , 16:58

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Ölkəmizdə ilk dəfə olaraq təqdim etdiyimiz layihə BMT-nin İnkişaf proqramının qalibi olub”

“Abşeron rayonunda 15 bələdiyyə formalaşdırılıb. Bu bələdiyyələr sırasında Xırdalan bələdiyyəsinin öz yeri və çəkisi var.  Etiraf edək ki, Xırdalan şəhər bələdiyyəsi daha çox  son illərdəki fəaliyyətiylə seçilir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Orxan Musayev bildirib.

2022-ci illə müqayisədə büdcə gəlirlərini 102 faiz artırmağa nail olduqlarını deyən sədr ötən 2023-cü il ərzində bələdiyyənin büdcə gəlirlərinin 1.446.487 manat olduğunu qeyd edib.

Sədr daha sonra qeyd edib: “2023-cü ildə Xırdalan bələdiyyəsinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində 1.039.487 manat vəsait büdcəyə daxil olmuşdur. Bundan əlavə BMT-nin İnkişaf proqramı tərəfindən layihələrin keçirilməsi üçün 407.000 manat pul vəsaiti büdcədən kənar daxil olmuşdur. Əlavə edim ki, ölkəmizdə ilk dəfə olaraq təqdim etdiyimiz layihə BMT-nin İnkişaf proqramının qalibi olub.”

Sədr bildirib ki, ötən il bələdiyyəmiz şəhərin inkişafına töhfə vermək istiqamətində davamlı şəkildə fəaliyyət göstərir: “2023-cü il ərzində bələdiyyə Xırdalan şəhərindəki Heydər Əliyev adına parkın mühafizə xidməti üçün 19.200 manat, aztəminatlı və imkansız ailələrə maddi yardım üçün 5.390 manat, Xırdalan qəbirstanlıq ərazisinin yollarına asfalt çəkilməsi və abadlıq işləri 213.587 manat, Xırdalan qəbirstanlığının divarlarının təmizlənməsi 5.315 manat, şəhid atasının yas mərasimi xərclərinin qarşılanması 3.400 manat xərcləyib.  Xırdalan bələdiyyəsi həmçinin, 2023-cü il  ərzində şəhid, qazi, və aztəminatlıların ailələrinə yeni il, Novruz və Qurban bayramları ilə bağlı ərzaq yardımı üçün 23.415 manat vəsait sərf edib.

Orxan Musayev qeyd edib ki, Xırdalan bələdiyyəsi şəhər sakinlərinin problemlərinin həllinə yardım etmək, şəhərin abadlıq-quruculuq işlərində yaxından iştirak etmək üçün daha böyük enerji ilə bundan sonrada  çalışmaqda davam edəcəkdir. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər