Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-01-2024 , 11:34

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Kürdoğlu Muradov: "2023- cü ili uğurla başa vurduq"


Şirvan Bələdiyyəsində 2023 cü ilin yekunları və 2024 cü ildə qarşıda duran vəzifələr müzakirə olundu.  Bu  münasibətlə keçirilən tədbiri Bələdiyyə sədri Kürdoğlu Muradov giriş sözü ilə açaraq geniş məruzə etdi.

2023 cü ilin yekunlarına həsr olunan tədbirdə K Muradov bildirdi ki ötən illərdə olduğu kimi keçən il də bizim üçün uğurlu olub Belə ki ötən il Şirvanın respublika tabeliyində şəhər statusu almasının 60 illiyi münasibəti ilə şəhərdə gedən genişmiqyaslı abadlıq və quruculuq işlərində biz də fəal iştirak etmişik Şəhərin ayrı ayrı yaşayış məhəllələrində , park və xiyabanlarında əyləncə yerlərində nümunəvi məhəllələrdə  görülmüş işlərdən bizim  də payımız var. Bununla yanaşı 2023-cü ildə şəhərin Şəhidlər xiyabanının hasarında dəmir barmaqlıqlar köhnə rənglərdən təmizlənmiş və yenidən rənglənmişdir Şəhərin M. Mirzəyev küçəsinə Qarabağ qazilərinin xahişi ilə 8 maşın,  kənd evləri yaşayış massivinə 4 maşın kərpic şedeni töküləcək yayılmışdır. Hacıqəhrəmanlı qəsəbəsində şəhid ailələrinin xahişi əsasında magistral yolun üstündə 1 ədəd modul tipli dayanacaq hazırlanaraq qoyulmuşdur. Bayramlı qəsəbəsində isə 2 ədəd dayanacaq təmir olunaraq istifadəyə verilmişdir Bununla yanaşı ,,El Qəbristanlığında ,, təmizlik və abadlıq işləri aylığı keçirilmişdir Aylıqda baxımsız qəbirlər o cümlədən yəhudi , xristian qəbirlərinin ehtiyac olanları  rənglənmiş , baş daşları qaydaya salınmış , qəbristanlığın müəyyən hissəsi  alaq otlarından təmizlənmişdir. Bələdiyyə işçiləri  keçən il eyni zamanda ,,Kür ,, çayının sahilində Ekologiya və Təbii Sərvətlər Nazirliyi xətti ilə keçirilən təmizlik aksiyasında da fəal iştirak etmiş ərazinin müəyyən hissəsini zibillərdən təmizləyərək daşımışdır Bələdiyyə işçiləri bundan sonra da şəhərin abadlıq və təmizlik işlərində , ekologiyanın qorunmasında fəal iştirak etmək əzmindədir. Kürdoğlu Muradov daha sonra vurğuladı ki,  Şirvan Bələdiyyəsinin qarşısəında duran əsas piroritet məsələ şəhid ailələri, qazilər və imkansız ailələrə maddi və mənəvi köməyin göstərilməsi olmuşdur. Belə ki, öz ənənəsinə sadiq qalaraq Bələdiyyənin xətti ilə bir çox imkansız ailələrə, şəhid ailələrinə, böyük vətən müharibəsi iştirakçılarına və digər imtiyazlı şəxslərə maddi köməklik göstərilmişdir. 6 ayda şəhərin M.Rəsulov küçəsində şəhid Məhəmməd Rəsulovun abidə kompleksi düzəldilmişdir. Şəhərin T.İsmayılov küçəsi 11A və 15 saylı, M.Ə.Rəsulzadə küçəsi 17/1, 17/2 saylı, L-Nt İbrahimov küçəsi 14 saylı binaların həyətindəki, nümunəvi məhələlərdə salınmış parkların ərazisində əsaslı təmir və abadlıq işləri aparılmışdır. N.Nərimano küçəsində şəhid Həsənov İlqar İlham oğlunun yaşadığı binanın fasadına şəhid baralyefi vurulmuşdur. Türkiyə Respublikasında baş vermiş zəl-zələ nəticəsində zərər çəkmiş insanlara Şirvan Bələdiyyəsi tərəfindən 1500 (Bir min Beş yüz ) manat maddi köməklik olunmuşdur.Şirvan Bəldiyyəsinin ərazisində ki, ağaclara aqro texniki qulluq aparılıb və suvarılmışdır. Şirvan Bələdiyyəsinə müraciət əsasında Yerli büdcədən maddi yardım və digər məqsədlər üçün vəsaitlər ayrılmışdır. I Qarabğ müharibəsi veteranı Eyvaz Yahya oğluna, I Qarabğ müharibəsi iştirakçısı II qrup əlil olan Aslanov Əli Zöhrab oğlunun həyat yoldaşı Aslanova Aygün Əşrəf qızına, 1-ci qrup gözdən əlil olan Əliyev Elçin Xanlar oğluna hər ay 50 (əlli)  manat olmaqla maddi köməklik edilir, şəhid ailəsi Əliyeva Sevda Mirzəağa qızına  maddi köməklik edilmiş,Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişmiş Məmmədova Sevinc Eldar qızının yas mərasiminin keçirilməsi üçün qızı Məmmədova Həcər Nizami qızına , Babayev Namiq Namus oğluna, İsmayılov Bəxtiyar Qəhrəman oğlunun yas mərasimi üçün bacısı İsmayılova Aygün Qəhrəman qızına , Həsənaliyeva Əntiqə Alim qızına ,Təhməzova Gülüm Bayramqulu qızına , Məmmədova Təranə , Alışova Nərminə Məhəmməd qızına Şirvan şəhər Bələdiyyəsi tərəfindən maddi köməklik göstərilmişdir.

Şirvan şəhər İcra Hakimiyyətinin tövsiyəsi  əsasında Qurban Bayramı münasibəti 2 (iki) kq ət qurban payı üçün 30 (otuz) manat hesablanmaqla 30 ailəyə (şəhid ailələri, qazilər, aztəminatlı ailələrinin hər birinə) ümumilikdə 900 (Doqquz yüz) manat maddi köməklik olunmuşdur.

Həmçinin bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Dövlət Reyestri Xidmətinin Ərazi idarəsinin mülkiyyət hüquqlarının qeydiyyatı üzrə verilmiş sənədlər əsasında yaşadıqları həyətlərdə Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən faktiki istifadə edən 12 (on iki) şəhər sakini müəyyənləşdirilmiş, onlarla qanunvericiliyin tələblərinə müvafiq maarifləndirmə işləri aparılmış, bunlardan 7 (yeddi) şəhər sakininin faktiki istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrini sənədləşdiriməsi yekunlaşdırılmış, 5 (beş) şəhər sakinin torpaq sahələrinə dair sənədləşdirmə işləri tərəfimizdən davam etdirilir. 

Görülmüş tədbirlərin və aparılmış qanuna müvafiq izahatların nəticəsi olaraq vətəndaşlar faktiki istifadələrində olan, lakin Bələdiyyə mülkiyyətinə məxsus torpaqların sənədləşdirilməsi ilə bağlı Şirvan Bələdiyyəsinə ərizə və müvafiq sənədlər təqdim etməyə başlamışdır.

Bələdiyyə mülkiyyətində olan torpaq ehtiyyatlarından düzgün və təyinatına uyğun istifadə edilməsi torpaq sahələrinin münbitliyini, ekoloji şəraitinin yaxşılaşdırılması, onlar zəbt olunması hallarına qarşı tədbirlərin gücləndirilməsi, bu sahədə nöqsanların aradan qaldırılması və təkrarlanmaması üçün tərəfimizdən daimi reydlər keçirilir və şəhər əhalisi arasında maarifləndirmə işləri aparılır.

Tədbirdə qeyd olundu ki, 2023 cü ildə Bələdiyyənin 37 iclası keçirilib Bu içlaslarda185  məsələyə baxılıb.

Hesabat ilində bələdiyyəyə idarələrdə və yuxarı təşkilatlardan 225 , vətəndaşlardan 202 məktub və müraciət daxil olmuşdur.

Şirvan Bələdiyyəsinə il ərzində qəbula gələnlərin sayı 210 nəfər olmuşdur.

Bu müraciətlərin əsasını maddi yardım verilməsi  sahibkarlıq fəaliyyəti və yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması rikinti təmir işləri və arayış və  məlumat almaq üçün müraciətlərdən ibarət olmuşdur:

- Vətəndaş müraciətlərinə baxılması qaydası haqqında;  Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq , vaxtında baxılıb vətəndaşlara qanunauyğun vavablar verilib

İl ərzində Bələdiyyə iclaslarında qəbul olunan qərarların icrası bələdiyyənin aidiyyatı  şöbələrinin nəzarətində saxlanılıb və həll edilib. Tədbirdə həmçinin bildirildi ki hesabat ilində

Fiziki şəxslərdən   torpaq vergisi 28565,59 , Əmlak vergisi 49940, 93 manat , Əmlak satışından daxil olan gəlirlər 52193 manat , icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 22288,97 manat təşkil edib. 

İlin yekunlarına həsr olunan tədbirdə qeyd olundu ki qarşıdan əlamətdar bir hadisə- prezident seçkiləri gəlir  Respublikamızın və xalqımızın həyatında dönüş yaradacaq bu seçkilərdə hamılıqla iştirak etmək hər kəsin mənəvi borcuna cevrilməlidir.

R. Nəhmədov 

Bələdiyyənin mətbuat xidməti


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər