Görüşdə bələdiyyə sədrləri də iştirak edib
Bərdədə sudan səmərəli istifadə ilə bağlı maarifləndirici görüş keçirilmişdir. Belə ki, Bərdə rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Su Ehtiyyatları Agentliyinin birgə təşkilatçılığı ilə “Sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi məqsədilə ictimaiyyətin maarifləndirilməsi” mövzusunda görüş keçirilib. Bu barədə məlumatı Bərdə RİH yayıb.
Görüşdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr, sudan istifadə birlikləri və fermerlər iştirak etmişlər. Görüşdə iştirakçıları maraqlandıran suallar ətrafında müzakirə aparılmış, sudan səmərəli istifadə üçün müvafiq tapşırıqlar və tövsiyələr verilmişdir.
Belediyye.info
Rəylər
0 Rəy