Ötən il Balakən bələdiyyyələrinin büdcəsinə nə qədər vəsait daxil olub?
Dövlət Statistika Komitəsindən
Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə
Balakən rayonunda formalaşan 20 bələdiyyənin
büdcə gəliri 745.100 manat olub. Bu 2021-ci
illə müqayisədə 8.8 faiz çoxdur.
Əldə edilən gəlirin 38.3 faizi vergilərdən, 61.7 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin
22.1 faizi torpaq, 16.2 faizi əmlak vergisindən daxil olub.
Balakən bələdiyyələrinin büdcə gəlirinin
47.2 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və
istifadəyə verilməsindən daxil olub.
Balakən bələdiyyələri ötən il 101.700
manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 2.6 dəfə çox
deməkdir. İl ərzində Balakən bələdiyyələrinə
53.200 manat dotasiya ayrılıb.
Balakən bələdiyyələri bələdiyyə əmlakının
icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 21.8 faiz çoxdur.
Belə ki, il ərzində bu maliyyə
istiqamətindən bələdiyyə büdcəsinə 249.900 manat maliyyə vəsaiti daxil olub. Büdcə
gəlirlərinin 33.5 faizi məhz bu istiqamətdən daxil olub.
Bələdiyyələr tərəfindən xüsusi
ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən,
bələdiyyə müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, daşınmaz əmlak
üzər,ndə reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı
vergi daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy