Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-04-2023 , 23:16

1683

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Masallı bələdiyyələrinin büdcə gəlirləri 8 faiz azalıb

Masallı bələdiyyələrinin büdcə gəlirləri 8 faiz azalıb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Masallı rayonunda formalaşan 36 bələdiyyənin büdcə gəliri 459.300 manat olub. Bu 2021-ci llə müqayisədə 8  faiz azdur.

Əldə edilən gəlirin 15.7 faizi vergilərdən, 84.3 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 5.3 faizi torpaq, 10.4 faizi əmlak vergisindən daxil olub.

Masallı bələdiyyələrinin büdcə gəlirinin 58.3 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Masallı bələdiyyələri ötən il 158.800 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 2 faiz az deməkdir.  İl ərzində  Masallı bələdiyyələrinə 96.800 manat dotasiya ayrılıb. Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən il ərzində bələdiyyə büdcəsinə  1.100 manat vəsait daxil olub.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
420