Samux bələdiyyələri torpaq satışının həcmini 3.1 dəfə artırıblar
Samux bələdiyyləri torpaq satışının həcmini
3.1 dəfə artırıblar
Dövlət Statistika Komitəsindən
Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Samux rayonunda formalaşan
21 bələdiyyənin büdcə gəliri 212.300 manat olub. Bu 2021-ci llə müqayisədə
59 faiz artıq deməkdir.
Əldə edilən gəlirin 43.1 faizi vergilərdən,
56.9 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 23.3 faizi torpaq, 19.6 faizi
əmlak vergisindən daxil olub.
Samux bələdiyyələrinin büdcə gəlirinin 35.3 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Samux bələdiyyələri 54.5 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisəfə 3.1 dəfə çox deməkdir. İl ərzində Samux bələdiyyələrinə 44.100 manat dotasiya ayrılıb.
Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy