Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-10-2026 , 23:45

124

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Cəlilabad bələdiyyəsinin sədri icra başçısının müavini vəzifəsinə təyin olunub

Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rafiq Cəilovun müvafiq əmri ilə Cəlilabad bələdiyyəsinin sədri Vahid Mirzəyev icra başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Yeni təyinatla əlaqədar Vahid Mirzəyev Cəlilabad bələdiyyəsinin sədri vəzifəsindən istefa verib.

Bələdiyyənin keçirilən iclasında sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə Cəlilabad bələdiyyəsinin yeni sədri seçilib.

Qeyd edək ki, Vahid Mirzəyev 2025-ci ilin fevral ayından Cəlilabad bələdiyyəsinin sədri vəzifəsini icra edib. Fəaliyyəti dövründə bələdiyyənin regionda nüfuzunun və mövqeyinin gücləndirilməsi istiqamətində mühüm layihələrin təşəbbüskarı və icraçısı olub.

Məhz Vahid Mirzəyevin rəhbərliyi dövründə Cəlilabad bələdiyyəsinin fəaliyyəti və əldə etdiyi təcrübə digər bələdiyyələr üçün də nümunə ola biləcək səviyyəyə yüksəlib.

P.S. Təbrik edirik.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər