Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-09-2026 , 20:58

114

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Asif Həşimov: “2025-ci llə müqayisədə büdcə gəlirlərində 82 faizlik artım müşahidə olunub”

“Bu gün bələdiyyənin vergi xidməti bütün qüvvəsini büdcə gəlirlərinin artımına yönəldib”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Vəndam bələdiyyəsinin sədri Asif Həşimov deyib. Sədr qeyd edib ki, məhz bu fəaliyyətin nəticəsidir ki, 2025-ci llə müqayisədə büdcə gəlirlərində 82 faizlik artım müşahidə olunub.

Büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, cari ilin səkkiz ayı ərzində ümumi olaraq toplanan 114.858 manatın  10.194 manatı əmlak vergisindən, 35.199 manatı torpaq vergisindən, 11.731 manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 368 manatı mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən,  452 manatı avtomobil dayanacaqlarından, 13.763 manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən,  9.901 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olub.  Bununla yanaşı maliyyə sankiyasından 700 manat, üstəlik səkkiz ay ərzində 22.000 manat vətəndaşların bələdiyyəyə etdiyi ianələrdən daxil olub.

Ötən il səkkiz ay ərzində bələdiyyənin büdcə gəlirlərinin həcmi 62.762 manat olmuşdur.

Bələdiyyənin vergi xidməti hazırda Bələdiyyələrin Vahid İnformasiya Sistemində olan boşluqları, təkrarçılıq hallarının aradan qaldırmaqla növbəti ildən bildirişlərin onlayn qaydada verilməsi üçün vergi ödəyicilərinin əlaqə məlumatlarını dəqiqləşdirməyi artıq yekunlaşdırmaq üzrədir. 

Sədr bələdiyyənin kollektivinin Bələdiyyələrin Vahid İnformasiya Sisteminin verdiyi imkanlardan tam yararlanmaqla büdcə gəlirlərini tam şəkildə artırmağa çalışacaqlarını bildirib.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər