Asif Həşimov: “2025-ci llə müqayisədə büdcə gəlirlərində 82 faizlik artım müşahidə olunub”
“Bu gün bələdiyyənin vergi xidməti bütün qüvvəsini büdcə gəlirlərinin artımına yönəldib”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Vəndam bələdiyyəsinin sədri Asif Həşimov deyib. Sədr qeyd edib ki, məhz bu fəaliyyətin nəticəsidir ki, 2025-ci llə müqayisədə büdcə gəlirlərində 82 faizlik artım müşahidə olunub.
Büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, cari ilin səkkiz
ayı ərzində ümumi olaraq toplanan 114.858 manatın 10.194 manatı əmlak
vergisindən, 35.199 manatı torpaq vergisindən, 11.731 manatı bələdiyyə mülkiyyətinin
icarəsindən, 368 manatı mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən,
452 manatı avtomobil dayanacaqlarından, 13.763 manatı bələdiyyələr tərəfindən
xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən,
9.901 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olub. Bununla yanaşı maliyyə sankiyasından 700
manat, üstəlik səkkiz ay ərzində 22.000 manat vətəndaşların bələdiyyəyə etdiyi
ianələrdən daxil olub.
Ötən il səkkiz ay ərzində bələdiyyənin büdcə gəlirlərinin həcmi
62.762 manat olmuşdur.
Bələdiyyənin vergi xidməti hazırda Bələdiyyələrin Vahid
İnformasiya Sistemində olan boşluqları, təkrarçılıq hallarının aradan qaldırmaqla
növbəti ildən bildirişlərin onlayn qaydada verilməsi üçün vergi ödəyicilərinin əlaqə
məlumatlarını dəqiqləşdirməyi artıq yekunlaşdırmaq üzrədir.
Sədr bələdiyyənin kollektivinin Bələdiyyələrin Vahid
İnformasiya Sisteminin verdiyi imkanlardan tam yararlanmaqla büdcə gəlirlərini tam
şəkildə artırmağa çalışacaqlarını bildirib.
Belediyye.info
Rəylər
0 Rəy