Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-09-2026 , 16:19

157

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran bələdiyyəsi aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatları təqdim edib


Yeni tədris ilinin başlanması münasibətilə Şabran Bələdiyyəsinin ərazisinə daxil olan şəhər və kəndlərdə yaşayan aztəminatlı ailələrin məktəbli övladlarına məktəb çantaları və zəruri məktəb ləvazimatları hədiyyə olunub.

Sosialyönümlü təşəbbüs çərçivəsində həyata keçirilən tədbirin əsas məqsədi aztəminatlı ailələrə dəstək göstərmək, onların övladlarının yeni tədris ilinə hazırlıq prosesinə töhfə vermək və məktəblilərin təhsil almaq üçün bərabər imkanlarının dəstəklənməsinə xidmət etməkdir.

Bu təşəbbüs dövlətimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü sosial siyasətin, əhalinin sosial rifahının yüksəldilməsinə, aztəminatlı və həssas kateqoriyalardan olan ailələrə diqqət və qayğının artırılmasına yönəlmiş tədbirlərin yerli səviyyədə dəstəklənməsinin nümunəsidir.

Azərbaycan Respublikasında sosial siyasətin əsas istiqamətlərindən biri əhalinin, xüsusilə də sosial müdafiəyə ehtiyacı olan ailələrin dövlət qayğısı ilə əhatə olunması, uşaqların hüquqlarının və onların keyfiyyətli təhsil imkanlarının təmin edilməsidir. Şabran Bələdiyyəsi də öz fəaliyyətində dövlətimizin bu istiqamətdə müəyyən etdiyi prioritetləri rəhbər tutaraq sosial məsələlərin həllinə, aztəminatlı ailələrə və onların övladlarına mümkün dəstəyin göstərilməsinə xüsusi diqqət yetirir.

Məktəb ləvazimatlarının və çantaların təqdim edilməsi ilə yanaşı, bələdiyyə tərəfindən həyata keçirilən bu cür sosial təşəbbüslər cəmiyyətimizdə həmrəylik, qarşılıqlı dəstək və sosial məsuliyyət prinsiplərinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Şabran Bələdiyyəsi bundan sonra da dövlətimizin sosial siyasətinə uyğun olaraq əhalinin sosial rifahının yaxşılaşdırılması, aztəminatlı ailələrə dəstək göstərilməsi və uşaqların hərtərəfli inkişafına əlverişli şərait yaradılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Yeni tədris ilinin başlanması münasibətilə bütün məktəbliləri təbrik edir, onlara möhkəm cansağlığı, təhsildə uğurlar və yüksək nailiyyətlər arzulayırıq!.

Şabran bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İnanıram ki,...

Region
09-05-2026
1854