Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-07-2026 , 17:21

130

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva: “Qələgah və Ləcədi kəndlərinin mərkəzi küçələrində müasir küçə işıqlandırma sistemi quraşdırılıb”

“Şabran bələdiyyəsi tərəfindən kənddaxili infrastrukturun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Fidan Fərzəliyeva deyib

Sədr bildirib ki, vətəndaşların rahatlığının təmin edilməsi, yaşayış məntəqələrində təhlükəsizliyin artırılması və gecə saatlarında hərəkətin daha əlverişli təşkili məqsədilə bələdiyyənin ərazisinə daxil olan Qələgah və Ləcədi kəndlərinin mərkəzi küçələrində müasir küçə işıqlandırma sistemi quraşdırılmışdır.

Həyata keçirilən bu işlər nəticəsində kənd sakinlərinin gündəlik həyat şəraiti daha da yaxşılaşdırılmış, küçələrin gecə vaxtı işıqlandırılması təmin olunaraq piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılmışdır.

Sədr qeyd edib ki, Şabran bələdiyyəsi bundan sonra da əhalinin rifahının yüksəldilməsi, kəndlərdə infrastrukturun müasirləşdirilməsi və yaşayış məntəqələrinin abadlaşdırılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəkdir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz