Nadir Orucov: “Büdcə gəlirlərində müəyyən artım olsa da onu qənaətbəxş hesab etmirik”
“Ağsu bələdiyyəsinin cari ilin altı ay ərzində büdcə gəlirləri
23.316 manat, xərcləri 22.964 manat olub”bu fikirləri adıçəkilən bələdiyyənin sədri
Nadir Orucov deyib.
Sədr bildirib ki, 2023-cü illə müqayisədə 2025-ci ildə
bələdiyyənin büdcə gəlirlərində müəyyən artım olub. Ancaq sədr bu artımı
bələdiyyə olaraq qənətbəxş hesab etmir.
Rəqəmlərə toxunan sədr qeyd edib ki, 2023 -cü ildə Ağsu bələdiyyəsinin
illik büdcə gəliri 59.749 manat, 2024-cü ildə 51.632 manat olduğu halda
2025-ci ildə büdcə gəliri 62.494 manat olub.
Bu gün Ağsu bələdiyyəsi təkmilləşdirilmiş BAMS proqramının
verdiyi bütün imkanlardan layiqincə istifadə etməyə çalışır.
Hazırda bələdiyyənin qarşıya qoyduğu hədəf bələdiyyə ərazisində yaşayan əhalinin və sahibkarlıq obyektlərinin vergiyə cəlb edilməsidir.
Rəylər
0 Rəy