Şirvan bələdiyyəsinin üzvü yeni vəzifəyə təyinat alıb
Gənclər idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Şirvan bələdiyyəsinin fəal üzvlərindən olan Aytac Əliyeva Şirvan şəhər “Gənclər Evi” Sosial Xidmətlər Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.
Bu münasibətilə Şirvan bələdiyyəsində Aytac Əliyevanın iştirakı ilə görüş keçirilib.
Görüşdə Şirvan bələdiyyəsinin sədri İlham Səfərov çıxış edərək xanım bələdiyyə
üzvünü bu təyinat münasibəti ilə təbrik edib.
Sədr qısa zaman kəsiyində üzv kimi bələdiyyənin fəaliyyətinə
öz töhfəsini verən Aytac Əliyevaya yeni işində uğurlar arzulayıb.
İlham Səfərov görüşdə
xanım bələdiyyə üzvünün öz bilik və bacarığı, təşəbbüskarlığı və məsuliyyətli fəaliyyəti
ilə gənclərlə iş sahəsində mühüm nailiyyətlər əldə edəcəyinə, gənclərin
inkişafına və dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinə biundan
sonra da layiqli töhfələr verəcəyinə
inandığını qeyd edib.
Qeyd edək ki, görüşdə bələdiyyənin sədr müavinləri, üzv və qulluqçuları iştirak edərək xanım bələdiyyə üzvünə yeni işində xoş arzularını çatdırılblar.
Rəylər
0 Rəy