Rövşən Əsgərov: “Ötən il büdcə gəlirini 59 faiz artırmaqla bərabər, DSMF borcunu bağlaya bildik”
“Məqsədimiz büdcə gəlirlərini artırmaqla müraciət edən hər bir vətəndaşı bələdiyyəyədən razı getməsinə nail olmaqdır” – bu fikirləri Belediyye.infoya Tovuz rayonu, Qovlar bələdiyyəsinin sədri Rövşən Əsgərov deyib.
Sədr qeyd
edib ki, bələdiyyə kollektivinin və vergi xidmətinin birgə səyi ilə son iki il ərzində
büdcə gəlirlərində 59 fazilik artıma nail olmuşuq. Belə ki, 2024-cü ildə ümumi
büdcə gəlirinin həcmi 46.987 manat təşkil edirdisə, ötən il bu rəqəm 74.560
manat olub. Hazırda vergi xidmətinin əsas hədəfi il ərzindəı büdcə gəlirlərinin
həcmini 100 min manatın keçməsinə nail olmaqdır.
Birinci rübdə büdcə gəlirlərində artım səviyyəsi 42 faiz olsa da, növbəti rüblərdə hədəfimizə doğru addım atacağıq.
Sədr qeyd edib ki, 2024-cü ilin birinci rübündə 8.351
manat, 2025-ci ilin birinci rübündə 8.587 manat, cari ilin birinci rübündə isə
11.821 manat əldə edə bilmişik. Əldə olunan vəsaitin 85 faizi yalnız yerli vergilərdən
daxil olub.
Ötən ildə əldə
etdiyimiz ən böyük uğur DSMF borcunun tam şəkildə bağlanılması idi. Əvvəl ki
illərdən yığılıb qalmış 42 min manatlıq DSMF borcu ötən ilin sentybar ayında tam şəkildə
bağlanıldı.
Bu gün bələdiyyənin
həyata keçirdiyi əsas layihə isə şəhər qəbirstanlığının müasir metal konstruksiya
ilə çəpərlənməsini həyata keçirməkdir. Bununla yanaşı ərazidə həm də təmizlik
işləri həyata keçirilmiş, mühafizə kameraları quraşdırlımış, ərazi daim bələdiyyənin
diqqətindədir.
Sədr son
olaraq bildirib ki, sistemli fəaliyyətimiz sayəsində “iflic olmuş bələdiyyədən hazırda
işlək bələdiyyəyə çevrilmişik”
Belediyye.info
Rəylər
0 Rəy