Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-04-2026 , 23:25

101

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Seymur Bünyatov: "İl ərzində 21 min manatlıq DSMF borcunu bağlaya bildik"

“2025-ci il bələdiyyə seçkiləri zamanı Qarabucaq qəsəbə və Şilyan bələdiyyələrinin əhatə etdiyi Qarabucaq qəsəbəsində və Qarabucaq, Qarasu, Qurdbayram, Şilyan kəndləri əsasında  Şilyan-Qarabucaq bələdiyyəsi formalaşdırıldı” - bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Seymur Bünyatov deyib.

Sədr qeyd edib ki, 2025-ci il 13 nəfərlik üzvü olan Şilyan-Qarabucaq bələdiyyəsi üçün müəyyən mənada ağır keçsə də, bələdiyyə ruhdan düşmədi. İl ərzindəki fəaliyyət nəticəsində əldə edilən vəsaitlə 21 min manatlıq DSMF borcu bağlanılmış, habelə əməhaqqı ilə bağlı məsələlərin bir qismi  də öz həllni tapmışdır.

Sədr deyib ki, bütün hallarda fəaliyyətimiz göz önündədir. Yəni ötən ilin birinci rübü ilə müqayisədə cari ilin birinci rübündə vergilərin yığımında 5.7 dəfə artım müşahidə olunub. Belə ki, ötən il rüb ərzində yerli vergilərin həcmi  1.237 manat  idisə, cari ildə bu rəqəm 7.069 manat olub.

Ötən il əldə olunan vəsaitin  599 manatı əmlak, 638 manatı isə  torpaq vergisindən əldə olmuşdursa, cari ildə əmlak vergisindən 1.360 manat, torpaq vergisindən isə 5.381 manat əldə olunub. Bu isə 2.3 dəfəyədək əmlak vergisində, 9 dəfəyədək isə torpaq vergisində artım deməkdir. Əldə olunan nəticələrdə, sözsüz ki, yenilənmiş və təkmilləşdirilmiş BAMS proqramının mühüm əhəmiyyəti olub.

Sədr sonda qeyd edib ki, nəticə etibari ilə vətəndaş məmnunluğunu təmin etmək üçün bundan sonra da var gücümüzlə çalışacağıq.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz