Aqil Heydərov: “Büdcə gəlirlərindən ki artım vergi-uçot sisteminin qurulması ilə bağlıdır”
“Hər bir bələdiyyənin vergi-uçot sistemi elə qurulmalıdır ki “saat mexanizmi” kimi dəqiq işləsin. Əgər hər hansı bir istiqamətdə boşluq olarsa, vergi yığımında müfəttişlərin üzləşdiyi problemlər dərhal öz həllini tapmırsa, o zaman bələdiyyədə layihələrin icrasında axsamalar olacaq, əməkhaqqının ödənişi ləngiyəcək, üstəlik DSMF və digər borcların həcmi artacaq”- bu fikirləri Belediyye.infoya Saatlı bələdiyyəsinin sədri Aqil Heydərov deyib.
Sədin
sözlərinə görə, bu gün bələdiyyədə vergi-uçot sistemi yenidən qurulmuş, mövcud
boşluqlar aradan qaldırılmış, nəticədə əvvəlki illərdən yığılıb qalmış
borcların böyük əksəriyyəti bir il ərzində bağlanılmışdır.
Ötən
bir il ərzində həqiqətən çox ciddi işlər həyata keçirilib. Bələdiyyənin məhz bu
fəaliyyətinin nəticəsidir ki, büdcə gəlirlərində kifayət qədər artım müşahidə
olunub. 2025-ci ilin birinci rübü ilə müqayisədə cari ildə əldə edilən büdcə gəlirlərində
kifayət qədər artım müşahidə oliunub. Belə ki, ötən ilin birinci rübündə üç ay ərzində
cəmi 463 manat vergi toplanılmışdırsa, cari ilin birinci rübündə bu rəqəm 16828
manat təşkil edib. Onun da 8.847 manat əmlak vergisindən, 7.871 manatı isə torapq
vergisindən əldə olunub.
Bələdiyyənin vergi xidməti bu templə fəaliyyət göstərsə cari ildə daha böyük nəticələrə imza ata biləcəyik.
Belediyye.info
Rəylər
0 Rəy