Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-02-2026 , 19:09

333

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Qardaşova: “Büdcə gəlirlərini artırmaqla vətəndaşların üzləşdiyi problemlərin həllinə nail olmağa çalışırıq”

 “Masallı rayonu Boradigah bələdiyyəsinin 2025-ci il üzrə sakinlərə hesabatını təqdim edib” bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Tünzalə Qardaşova deyib.

Bununla bağlı bələdiyyənin balansında olan mədəniyyət evində keçirilən görüşdə bələdiyyə üzvləri, sakinlər,  ziyalılar və bələdiyyənin kollektivi iştirka edib.

Sədr qeyd edib ki, hesabat yığıncağında məruzə ilə çıxış edərək il ərzində bələdiyyənin həyat akeçirdiyi layihələr, əldə etidyi büdcə gəlriləri barəsində nməlumat verərək həmçinin bələdiyyə cari ilə həyat akeçirmək niyyətində olduğu məqamlara toxunub.

Beləliklə, Boradigah bələdiyyəsi tərəfindən şəffaflıq və hesabatlılıq prinsiplərinə uyğun olaraq 2025-ci il üzrə maliyyə göstəriciləri ictimaiyyətə təqdim olunur.

Büdcə gəlirləri

2025-ci il üçün proqnozlaşdırılmış büdcə gəlirləri 54 500 manat təşkil etmişdir.

2025-ci il üzrə faktiki gəlirlər aşağıdakı mənbələr üzrə formalaşmışdır:

Torpaq vergisi – 4 134 manat

Əmlak vergisi – 4 500  manat

Torpaq alqı-satqısından daxilolmalar – 4 930 manat

Torpaq icarəsindən daxilolmalar – 9 600 manat

Dövlət büdcəsindən dotasiya – 10 000 manat

“Nar Mobile” MMC-dən daxilolma – 1500 manat

01 yanvar 2025-ci il tarixinə qalıq vəsait 4 123 manat olmuşdur.

İl ərzində daxilolmalar nəzərə alınmaqla bələdiyyənin sərəncamında olan vəsaitin ümumi məbləği 38.790 manat təşkil etmişdir.

Büdcə xərclərinə gəlincə sədr qeyd edib ki, hesabat dövründə bələdiyyə büdcəsinin xərcləri aşağıdakı istiqamətlər üzrə icra olunmuşdur:

Əmək haqqı – 15 752,47 manat

DSMF-yə ayırmalar (25%) – 5 435,83 manat

Dövlət məşğulluq fonduna (1%) – 218,93 manat

İcbari tibbi sığorta (4%) – 870,26 manat

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna – 45,00 manat

Həmkarlar ittifaqına – 500 manat

DƏDR PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə – 1 029,60 manat

Vergilər – 125 manat

Bank xidmətləri – 304  manat

BAMS – 726 manat

Dəftərxana ləvazimatları – 160 manat

Maddi yardım – 950 manat

İnventar alışları – 385 manat

Elektrik enerjisi – 122 manat

Rabitə və internet xərcləri – 324 manat

Torpaqların alqı-satqısının qiymətləndirilməsi – 1.440  manat

Qəsəbə bələdiyyələrinin Milli Assosiasiyasına üzvlük haqqı – 1350 manat

Qəzetə abunə və informasiya saytı xidməti – 290 manat

Auditor yoxlama xərci – 900 manat

Təmir-abatlıq işləri – 6 757 manat

Mədəni tədbirlər – 484 manat

Nəticədə hesabat dövrü ərzində bələdiyyənin ümumi xərcləri 38 170 manat olmuşdur.

İlin sonunda bələdiyyə büdcəsində 618,78 manat məbləğində vəsait qalığı mövcuddur.

Hazırda bələdiyyə büdcə gəlirlərinin artırılması istiqamətində ciddi addımlar atır. Bir tərəfdən borclu vətəndşalarla söhbətlər aparılır. Digər tərəfdən BAMS proqramında dəqiqləşdirmələr aparılır. Büdcə gəlirlərini artırmaqla, həm də vətəndaşların qaldırdığı problemlərin həllinə nail olmaq fikrindəyik. 

Qeyd edək ki, görüşdə iştirak edən sakinlər bələdiyyə sədrinin hesabatınin məqbul sayaraq məruzə barəsində öz fikir və mülahizələrini bölüşüblər. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər