Mehman Quliyev: “Bələdiyyə bu uğura kollektiv üzvlərinin birgə səyi ilə imza atıb”
“Fəaliyyətimiz bələdiyyənin büdcə gəlirlərini artırmağa yönəlib”- bu fikirləri Belediyye.infoya Astara rayonu Ərçivan bələdiyyəsinin sədri Mehman Quliyev deyib.
Sədr qeyd edib ki, 2023-cü illə müqayisədə büdcə gəlirlərinin
həcmini 102 faiz, 2024-cü illə müqayisədə isə 57 faiz artım müşahidə olunub. Bələdiyyə
bu uğura kollektiv üzvlərinin birgə səyi ilə imza atıb.
Belə ki, 2025-ci ildə 39.143 manat, 2024-cü ildə 24.835
manat, 2023-cü ildə isə 19.361 manat əldə olunub.
Sədr qeyd edib ki, cari ildə büdcə gəlirlərimizi 45.000
manata çatdırmaq niyyətindəyik.
Qeyd edək ki, Ərçivan bələdiyyəsi 15 üzvlə fəaliyyətdədir.
Belediyye.info
Rəylər
0 Rəy