Mingəçevir bələdiyyə sədri sakinlərlə görüşdə
Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov A. Məmmədov küçəsində yerləşən 5a nömrəli binanın sakinləri ilə səyyar görüş keçirib.
Görüşdə bələdiyyənin doqquz aylıq fəaliyyəti, sosial layihələr
və əmlak vergilərinin əhəmiyyəti barədə məlumat verilib.
Sakinlər məhəllə komitəsi yaratmaq istəklərini bildirərək, əsas
problem kimi xeyir-şər mağarında təmirə ehtiyac olduğunu qeyd ediblər.
Bələdiyyə sədri
mağara baxış keçirib və təmir işlərinin sakinlərlə birgə aparılacağını
bildirib.
Belə səyyar görüşlər
yerli problemlərin həlli və ictimai həmrəyliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət
daşıyır.
Birlikdə daha abad Mingəçevir üçün!
Mingəçevir bələdiyyəsi
Rəylər
0 Rəy