Şabranda Müəllimlər Günü münasibətilə tədbir keçirilib
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şabran Bələdiyyəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Natəvan Mustafayeva, şəhid Seyfəddin Balağayevin anası, uzun illər təhsil sahəsində çalışmış Bəsxanım müəllimə, rayonun ümumtəhsil müəssisələrində, musiqi məktəbində və məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər, direktorlar, həmçinin təqaüddə olan pedaqoqlar iştirak ediblər.
Tədbir zamanı müəllimlərə gənc nəslin formalaşmasında göstərdikləri fədakar əməyə görə təşəkkür bildirilib, onların cəmiyyətin inkişafında oynadıqları əvəzsiz roldan bəhs olunub. Müəllimlər Günü münasibətilə bir qrup pedaqoq Şabran Bələdiyyəsi tərəfindən "Fəxri Fərman" və hədiyyələrlə təltif olunub.
Rəylər
0 Rəy