Fidan Fərzəliyeva: "Bələdiyyə hər zaman hər bir vətəndaşın müraciətini diqqətdə saxlamağa çalışır"
"Şabran bələdiyyəsinə müraciət edən Surra kənd sakini Zeynəb Aslanovanın problemi həll olunub"- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri deyib.
Sədr qeyd edib ki, vətəndaş evinə gedən avtomobil yolunun olmaması ilə bağlı müraciət etmişdi. Bələdiyyə tərəfindən görülən tədbirlər nəticəsində sözügedən yol bərpa olunaraq sakinlərin istifadəsinə verilib. Bələdiyyə hər zaman hər bir vətəndaşın müraciətini diqqətdə saxlamağa çalışır.
Eyni zamanda kənd ərazisindən keçən çayın üzərində yerləşən körpü də bərpa edilib. Bu işlər Surra kəndi sakinlərinin gündəlik gediş-gəlişini asanlaşdırmaqla yanaşı, kəndin infrastrukturunun yaxşılaşdırılmasına da mühüm töhfə verir.
Şabran Bələdiyyəsi bundan sonra da vətəndaş müraciətlərinə həssaslıqla yanaşaraq onların həll olunması istiqamətində tədbirlər görməyə davam edəcək.
Rəylər
0 Rəy