Bələdiyyələr bu gün vətəndaşların səsini eşidən demokratik tribunadır
Siyavuş Novruzov: Bələdiyyələrin vahid informasiya sistemi korrupsiya hallarının qarşısını alacaq
Parlamentin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
Ötən il Ağcabədi bələdiyyələri torpaq satışını iki dəfəyədək artırıblar
Təmraz Tağıyev: "Şəhid ailələrinə qayğı və diqqətin göstərilməsi hər bir bələdiyyənin həm də vəzifə borcudur"
YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir
Mingəçevir bələdiyyəsinin qonağı: İdmançı Rövşən Xəlilov!
Sumqayıt bələdiyyəsində sədr dəyişikliyi baş verib
İmişli regional ədliyyə idarəsində Biləsuvar rayonu üzrə bələdiyyə sədrləri və qulluqçuları üçün maarifləndirici seminar-müşavirə təşkil olunub
Şəki regional ədliyyə idarəsi tərəfindən Balakən və Zaqatala rayon bələdiyyələrinin üzv və qulluqçuları üçün seminar-müşavirələr keçirilib
Bələdiyyələrlə iş baş idarəsi tərəfindən videokonfrans formatında seminar-təlimlər keçirilib
Mingəçevir bələdiyyəsinin sədri növbəti səyyari görüş keçirdi
Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsinin elanına hazırlıq görülür
Azərbaycan sülh danışıqlarının təşəbbüskarıdır

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Azərbaycanda bələdiyyələrin inkişafı üçün yeni model lazımdır
1999-cu ildən fəaliyyətə başlayan bələdiyyələr ölkəmizdə yerli özünüidarəetmənin əsas strukturlarından biri olsa da, bu günə qədər ciddi inkişaf yolu keçə bilməyib. Bələdiyyələrin əsas məqsədi yerli iqtisadiyyatı gücləndirmək, infrastruktur layihələrini həyata keçirmək, vətəndaşlara xidmət göstərmək və şəhərsalma prosesini effektiv idarə etmək olsa da, bir çox hallarda bu funksiyalar ya icra edilmir, ya da yalnız formal şəkildə həyata keçirilir.
Bələdiyyələr niyə inkişaf etməyib?
1. Passiv və fəaliyyətsiz rəhbərlik – Bir çox bələdiyyə sədrləri kresloda oturub təkcə vergi toplamaqla kifayətlənir və real inkişaf layihələri üzərində işləmirlər. Halbuki, bələdiyyə rəhbəri icraçı yox, strateji idarəçi olmalıdır.
2. Komanda işinin olmaması – Türkiyədə və digər inkişaf etmiş ölkələrdə bələdiyyələr güclü komanda ilə idarə olunur. Orada hər məsələ ilə sədr yox, müvafiq sahə üzrə peşəkarlar məşğul olur. Bizdə isə çox vaxt bələdiyyə sədrləri təkbaşına idarəçilik edir və ya qeyri-peşəkar insanlarla işləyir.
3. Maliyyə mənbələrinin olmaması – Bələdiyyələr yalnız vergi və rüsumlardan gəlir əldə etməklə kifayətlənməməlidir. İnvestisiya cəlb etməli, yerli və beynəlxalq layihələrdən maliyyə almalı və öz gəlir mənbələrini genişləndirməlidirlər.
4. Sosial şəbəkələrdən və ictimaiyyətlə ünsiyyətdən uzaq olmaları – Bir çox bələdiyyə sədrlərinin sosial mediada heç bir aktivliyi yoxdur. Onlar nə ictimaiyyətlə ünsiyyət qurur, nə hesabatlılıq göstərir, nə də görülən işləri vətəndaşlarla bölüşürlər. Bugünkü dövrdə bu, qəbulolunmazdır.
5. Səlahiyyətlərin əlindən alınması – Nə qədər ki, bələdiyyələr passiv və fəaliyyətsiz olacaq, onların səlahiyyətləri bir-bir əllərindən alınacaq.
•Artıq bəzi vergi ödənişləri bələdiyyələrin əlindən alınıb.
•Torpaqlar üzərindəki səlahiyyətlər xeyli məhdudlaşdırılıb.
•Əvvəllər bəzi sahələrdə verdikləri arayışlar da onların səlahiyyətindən çıxarılıb.
•Zaman keçdikcə bələdiyyələr formal və lazımsız bir quruma çevriləcək.
Burada əsas məsuliyyət bələdiyyələrin və xüsusilə də sədrlərin üzərinə düşür. Əgər onlar passiv qalmağa davam edəcəklərsə, yaxın gələcəkdə heç bir funksiyası olmayan quruma çevriləcəklər.
Nə etmək lazımdır?
1. Bələdiyyələr üçün güclü idarəetmə modeli qurulmalıdır.
•Sədr təkbaşına yox, güclü bir komanda ilə işləməlidir.
•Hər bir sahəyə cavabdeh olan peşəkar şəxslər olmalıdır: iqtisadçılar, hüquqşünaslar, layihə menecerləri və sosial media menecerləri.
2. Bələdiyyələrin gəlir mənbələri artırılmalıdır.
•Sahibkarlıq fəaliyyətləri üçün yeni imkanlar yaradılmalı, bələdiyyə torpaqları və mülkləri effektiv idarə edilməlidir.
•Beynəlxalq və dövlət qrantları, investisiyalar cəlb edilməlidir.
•Mehmanxana və turizm rüsumlarının şəffaf idarə olunması təmin edilməlidir.
3. Bələdiyyələr ictimaiyyət qarşısında hesabat verməlidir.
•Rəsmi sosial media hesabları aktiv olmalıdır.
•Hər ay yerli əhali üçün açıq hesabat tədbirləri keçirilməlidir.
•Elektron idarəetmə sistemləri tətbiq olunmalı, bələdiyyələrin fəaliyyəti real vaxt rejimində izlənilməlidir.
4. Bələdiyyə rəhbərləri kabinetdən çıxmalı və sahədə işləməlidirlər.
•Vətəndaşlarla daha sıx ünsiyyət qurulmalı, real problemləri yerində həll etmək üçün aktiv fəaliyyət göstərilməlidir.
•Kresloda oturmaq yox, icmalarla birgə çalışmaq əsas hədəf olmalıdır.
Nəticə
Azərbaycanda bələdiyyələrin 25 ildən çoxdur ki, inkişaf etməməsinin səbəbi təkcə maliyyə və qanunvericilik məsələləri deyil. Əsas problem idarəçilik yanaşmasıdır. Əgər bələdiyyələr effektiv işləmək istəyirsə, onlar köhnə, passiv və fəaliyyətsiz idarəçilik modelindən çıxmalı və müasir yanaşmalara keçməlidirlər.
Bizə kresloda oturan sədr yox, sahədə işləyən, sistem quran və nəticə verən bələdiyyə rəhbərləri lazımdır. Əks halda, daha 15-20 il keçəcək və heç nə dəyişməyəcək.
İndi dəyişməyin vaxtıdır!
Tərlan İsmayılov
İsmayıllı bələdiyyəsinin üzvü
Dövlət büdcəsi hesabına hər bir bələdiyyədə bələdiyyə hüququ ilə bağlı hüquqşünas ştatı yaradılmalıdır.
Deputat bələdiyyə işçilərinin peşə bayramının təsis edilməsini təklif edib
Bələdiyyələrin vergidən yayınan vətəndaşlara təsir mexanizmi olmalıdır - Deputat
Nazir müavini: Bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericiliyə dəyişikliklər edilib
"Hər bir vətəndaş özünə məxsus olan əmlakdan bələdiyyəyə vergi ödəməlidir"-VÜQAR TOFİQLİ
Asif Əsgərov: "Nəsimi bələdiyyəsində sakinlərin istəklərinə uyğun olaraq bütün məsələlər həll edilir"
Bələdiyyələrin fəaliyyətinə dair 2024-cü il üzrə illik məruzə Milli Məclisə təqdim edilib
Tərlan İsmayılov: “Bələdiyyə vergiləri toplamaqla yox, həm də ..."
Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı rayon komitələrinə tövsiyə məktubu göndərilib
MSK dairələri üzrə daxil olan müraciətləri araşdırılması üçün DSK-lara göndərib
Bələdiyyələrin rəqəmsal texnologiyalardan istifadə imkanları genişlənir
Rəylər
1 Rəy
Tərlan İsmayılov
05-03-2025, 2 ay əvvəl
Vüqar müəllim, fikirlərimizi paylaşdığınız və bələdiyyələrin inkişafı mövzusuna diqqət ayırdığınız üçün sizə təşəkkür edirəm. Bələdiyyələrin güclənməsi və effektiv idarə olunması üçün belə müzakirələrin və təkliflərin önəmi böyükdür. Ümid edirəm ki, bu məsələlərdə davamlı irəliləyiş əldə edəcəyik!
Cavabla