Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-02-2025 , 21:18

3242

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin fəaliyyətinə dair 2024-cü il üzrə illik məruzə Milli Məclisə təqdim edilib

Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2024-cü il üzrə illik məruzəni Milli Məclisə təqdim edib.

Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məruzənin müzakirəsinin vaxtı parlament tərəfindən təyin olunacaq.

Qeyd edək ki, bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi əvvəlki il üzrə görülmüş işlər haqqında, o cümlədən bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Bu hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.

Ədliyyə Nazirliyi isə bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. Bu məqsədlə Ədliyyə Nazirliyi hər il Milli Məclisə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı İllik Məruzə" təqdim edir.

https://report.az/milli-meclis/belediyyelerin-fealiyyetine-dair-2024-cu-il-uzre-illik-meruze-milli-meclise-teqdim-edilib/


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
348

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
524