Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-10-2024 , 15:56

2028

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bələdiyyələrlə bağlı bu yeniliklər olacaq - Yenilənib


Bələdiyyələr qəbul etdikləri qərarları elektron portala yerləşdirəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarına təklif edilən dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə əsasən, bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın elektron portalında yerləşdirməlidirlər.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

Eyni zamanda bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşir. 

Layihəyə əsasən, Layihəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər. 

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

Həmçinin, bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək.  

Layihəyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra 5 iş günü müddətində keçiriləcək. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək.

İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.

Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı

https://qafqazinfo.az/news/detail/belediyyelerle-bagli-bu-yenilikler-olacaq-yenilenib-450574

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İmişli regional ədliyyə idarəsi ötən ilə yekun vurdu


Gündəlik Xəbərlər
04-02-2025
999
Belə "maniPulyativ" addımlarla nə qazandınız: CİDDİ 
Gündəlik Xəbərlər
04-02-2025
1119

1 milyondan çox seçici səs verib

Gündəlik Xəbərlər
29-01-2025
1184

İlham Əliyev səs verdi

Gündəlik Xəbərlər
29-01-2025
1574

Bələdiyyə seçkilərinə böyük maraq var


Gündəlik Xəbərlər
29-01-2025
1148

Məzahir Pənahov seçicilərə çağırış etdi


Gündəlik Xəbərlər
29-01-2025
1116

Azərbaycanda bələdiyyə seçkiləri başladı


Gündəlik Xəbərlər
29-01-2025
1114