Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-10-2024 , 20:50

1036

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

MM  üzvü: "Bələdiyyələrə güzəştlər tətbiq olunsun"

“Əvvəllər elə bələdiyyələr var idi, büdcəsində 20 min manat yox idi, amma indi milyonlarla pul var. Bu bələdiyyələrlə bağlı aparılan təkmilləşmə işlərinin nəticəsidir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bu gün keçirilən iclasda bildirib.

Deputat qeyd edib ki, bələdiyyələrlə bağlı təkmilləşdirmə işləri davam edəcək.

“Əhali ilə bələdiyyələr arasında münasibətlər normallaşdırılmalıdır. Əhalinin bələdiyyələr haqqı düşüncəsi hələ də ondan ibarətdir ki, bələdiyyə torpaq satdı, onu etdi, bunu etdi. Ancaq bələdiyyələr minlərlə layihələr həyata keçirirlər. Burada təbliğat aparmaq lazımdır ki, əhalinin bələdiyyələrə münasibəti yaxşılaşsın. Bələdiyyələr heç olmasa gördüyü işi təbliğ etsin və insanlar da görsün ki, onlar hansı işləri görür”, - deyə o əlavə edib.


***

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov dövlətə borcu olan və ləğv olunan bələdiyyələrə güzəştlərin olunmasını təklif edib.

“Bəzi bələdiyyələrin dövlətə xeyli borcu var. Borcu olan və ləğv olunan bələdiyyələrdə dotasiyaların verilməsində müəyyən güzəştlər olsa yaxşı olar. Borcların ödənilməsinin həlli üçün tədbirlər görülməlidir”.

***

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu gün keçirilən iclasda bildirib ki, bələdiyyələrin dövlətə olan borcu silinməli və fəaliyyətə sıfırdan başlamalıdırlar. 

“Dövlət büdcəsi qəbul ounanda hərtərəfli şəkildə bu məsələni qaldırmalıyıq ki, bələdiyyələrin dövlətə borcları silinsin və onlar bu fəaliyyətə sıfırdan başlasınlar. Orda o qədər böyük bir vəsait yoxdur. Güman edirəm ki, bu, nəzərə alına bilər və bunu həll etmək olar. Digər məsələ strukturla bağlıdır. Bələdiyyələrdə üst qurum yoxdur. Ona görə də bu səlahiyyətlər artıq Milli Məclisə verilib. Gərək onların nümunəvi ştat cədvəlini hazırlayaq, qanun tətbiq edək və verək. Çünki bunu hər bələdiyyənin ixtiyarına buraxsan, hərə özünə uyğun bir ştat cədvəli quracaq”, - deyə S.Novruzov bildirib.

Nuranə Daxilqızı

https://qafqazinfo.az/news/detail/bezi-belediyyelerin-budcesinde-milyonlarla-pul-var-yenilenib-449925


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İmişli regional ədliyyə idarəsi ötən ilə yekun vurdu


Gündəlik Xəbərlər
04-02-2025
999
Belə "maniPulyativ" addımlarla nə qazandınız: CİDDİ 
Gündəlik Xəbərlər
04-02-2025
1119

1 milyondan çox seçici səs verib

Gündəlik Xəbərlər
29-01-2025
1184

İlham Əliyev səs verdi

Gündəlik Xəbərlər
29-01-2025
1575

Bələdiyyə seçkilərinə böyük maraq var


Gündəlik Xəbərlər
29-01-2025
1148

Məzahir Pənahov seçicilərə çağırış etdi


Gündəlik Xəbərlər
29-01-2025
1117

Azərbaycanda bələdiyyə seçkiləri başladı


Gündəlik Xəbərlər
29-01-2025
1114