Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-07-2024 , 16:12

1915

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

YAP-ın siyahısında olan  bələdiyyə üzv və qulluqçusu kimlərdir?

Xəbər verildiyi kimi, Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin siyahısı açıqlanıb.

Siyahıda  YAP-ın siyahısında bələdiyyə üzv və qulluqçusu da var. Belə ki,  10 saylı Binəqədi üçüncü Hüseynov Hümbət Rəhim oğlu,  18 saylı Nərimanov - Nizami - Binəqədi   Babaşov Nizami Babaş oğlu,  36 saylı Xətai-Suraxanı  Hacıyeva Nərminə Aslan qızı namizdəlyi YAP tərəindən  irəli sürülüb.  Əlavə edək ki, Hümbət Hüseynov  Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri, Nərminə Hacıyeva Xətai bələdiyyəsinin sədr müavini və Nizami Babaşov isə Nərimanov bələdiyyəsində şöbə müdiri vəzifəsində çalışır.

Namizədliyi irəli sürülən bələdiyyə üzv və qullquçuları yaxından tanıyaq.

***



Hüseynov Hümbət Rəhim oğlu 03 dekabr 1963-cü ildə anadan olub.  1981-ci ildə orta məktəbi,  1986-cı ildə Azərbaycan Texniki Universiteti, 1999-cu illərdə Moskva Dövlət Sosial Universitetinin hüquq fakultəsini bitirib. Texnika elmləri üzrə fəlsəfə doktorudur.

1991-ci illərdə Q.Musabəyov adına Maşınqayırma zavodunda mühəndis-texnoloq, büro rəisi vəzifələrində; 1993-2000-ci illərdə Xətai RİH-də başçının köməkçisi vəzifəsində, 2000-2004-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyətində hüquq şöbəsində çalışıb. 2004-cu ildə II çağırış, 2009-cu ildə III çağırış, 2014-cü ildə IV çağırış və 2019-cu ildə V çağırış bələdiyyə seçkilərində iştirak edərək M.Ə.Rəsulzadə bələdiyyəsinə üzv seçilib. 2005-2008-ci illər ərzində bələdiyyənin daimi komissiyasının üzvü, sədr müavini və sədr əvəzi vəzifələrində çalışıb. 30.01.2009-cu ildən bələdiyyə sədridir.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədridir.  2012-ci ilin sentyabr ayından Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin üzvü, Yerli İdarəetmə Palatası və İdarəetmə Komitəsinin təmsilçisidir. YAP üzvüdür.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 02.02.2024-cü il, 4289 nömrəli Sərəncamı ilə “Dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə” "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

***



Hacıyeva Nərminə Aslan qızı isə 1971-ci il noyabrın 30-da Qərbi Azərbaycanın Toxluca kəndində anadan olub. 1988-ci ildə Bakı şəhəri Xətai rayonundakı 263 saylı orta məktəbi,

Azərbaycan Texniki Universitetinin avtomatika fakültəsində bitirib. 1997-1999-cu illərdə həmin universitetin magistratura pilləsində təhsilini davam etdirib. Eyni zamanda AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1998- ci ildə “AZ-QUR” müsəsisəsində mühəndis vəzifəsində çalışıb. 2000-ci ildə həmin müəsisədə baş mühasibin müavini vəzifəsində çalışıb. 2003-cü ildən isə əmək fəaliyyətini  Xətai bələdiyyəsində davam etdirib. Əvvəlcə  kompyuter-proqramist vəzifəsində işləyib, 2004, 2009, 2014 və 2019- illərdə keçirilən bələdiyyə seçkilərində iştirak edərək üzv seçilib.

Hazırda Xətai  bələdiyyə sədrinin müavini vəzifəsində çalışır.

***



Babaşov Nizami Babaş oğlu 1956-cı ildə Salyan rayonu Xol-Qarabucaq kəndində anadan olub. 1973-cü ildə orta məktəbi, 1989-cu ildə isə M.F.Axundov adına  Azərabycan Rus dili və Ədədbiyyatı İnstitutunu bitirb. 

1975-77-ci illərdə hərbi xidmətdə olub. 1973-cü ildə kolxozçu kimi işə başlayan Nizami Babaşov 1977-ci ildə Bakıdakı L.Şmidt zavodundan kran maşinisiti kimi fəaliyyətini davam etdirib. 1981-ci ildə zavodun yatanxanasında tərbiyəçi-müəllim, komendant, mənzil-təsərrüfat kontorunun rəis müavini vəzifəsində çalışıb.

1989-cu ildən zavodun partkabinetinin müdiri, zavod partiya təşkilat katibinin müavini vəzifəsnə irəli çəkilib.

2007-ci ildən YAP Nərimanov təşkilatında baş təlimatçı, 2019-cu ildən isə Nərimanov bələdiyyəsində social-inkişaf və xidmət şöbəsinin müdiri vəzifəsində çalışır.

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024
734

Yeni seçiləcək bələdiyyə üzvlərinin sayı məlum oldu

Gündəlik Xəbərlər
02-12-2024
726

Anim günündə şəhid polkovnikin ailəsi ziyarət olunub 

Gündəlik Xəbərlər
01-12-2024
603