Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-07-2024 , 23:28

3848

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

 Telman Süleymanov: “Məqsədimiz büdcə gəlirlərini artırmaqla vətəndaş məmnunluğunu lazimi səviyyədə  təmin etməkdir”

“Bu gün bələdiyyələrin, o cümlədən  Şüvəlan bələdiyyəsinin üzləşdiyi problem və çətinlikllərin aradan qaldırılması üçün Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun, Ədliyyə Nazirliyinin müvafiq qurumlarının, habelə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının və “Bələdiyyələrin Onlayn Xidmət” mərkəzi var gücü ilə çalışması da təqdirəlayiqdir.  Ötən ilin sonlarından başlayaraq Bələdiyyələrin Avtomatlaşdırlımış Məlumat Sisteminin (BAMS) Əmlak Məsələləri Dövlət Xidmətinin elektron sisteminə inteqrasiya olunması Şüvəlan bələdiyyəsinin büdcəsinin artımına səbəb olub”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov bildirib.

Sədrin sözlərinə görə, ötən ilin ilk altı ayı ərzində əgər Şüvəlan bələdiyyəsi  66.000 manat vergi toplaya bilmişdisə, cari ildə bu rəqəm 73.600 manatı keçib. Hələlik artım 9 faizə yaxınlaşıb. Ancaq bələdiyyənin vergi xidməti bu artımı 25 faizədək artırmaq niyyətindədir. Odur ki, bütün bələdiyyə qulluqçuları da vergi xidmətinin fəaliyyətinə dəstək verməklə artıma nail olmaq üçün var güclərini səfərbər etməkdədirlər.

Telman Süleymanov bildirib ki, əldə olunan maliyyə vəsaiti konkret olaraq qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilir.

Belediyye.info 


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür


Gündəlik Xəbərlər
20-09-2025
373

Statistika Günü: Elmi və İctimai Əhəmiyyəti

Gündəlik Xəbərlər
19-09-2025
496

Regional məsələlər komitəsinin iclası keçirilib

Gündəlik Xəbərlər
16-09-2025
294

Ağdaşdan "bir fırtına" keçdi...


Gündəlik Xəbərlər
29-08-2025
762