Bələdiyyələrin hüquqi maarifləndirilməsi davam etdirilir
Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsi tərəfindən
iyul ayının 4-də və 5-də Bələdiyyələrin Mili Assosiasiyalarının məsul nümayəndələrinin və Bakı bələdiyyələrinin iştirakı ilə
seminar-müşavirələr keçirilib.
Tədbirlərdə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə
elan olunmuş 2024-cü il “Yaşıl dünya naminə həmrəyliy ili” ilə əlaqədar Ədliyyə
Nazirliyi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları, Nərimanov və Binəqədi
bələdiyyələrinin birgə təşkilatçılığı ilə bələdiyyə üzv və qulluqçularının iştirakı
ilə təşkil edilmiş ağacəkmə aksiyalarından və digər ekoloji tədbirlərdən bəhs
olunub, bu istiqamətdə digər bələdiyyələrin də aktiv iştirakının zəruriliyi
vurğulanıb.
Daha sonra Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin
buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin
təyin edilməsi haqqında Respublikasının Prezidentinin 2024-cü il 28 iyun
tarixli Sərəncamı ilə bağlı iştirakçılar məlumatlandırılıb.
Həmçinin ölkəmizdə cari ildə keçiriləcək növbəti bələdiyyə
seçkiləri ilə əlaqədar seçki hüquqlarının həyata keçirilməsi məsələlərinə dair
hüquqi maarifləndirmə işinin əhəmiyyətindən bəhs edilib.
Tədbirlərdə gündəlik aktual mövzulara da toxunulub. Bələdiyyələrin
fəaliyyətində şəffaflığın artırılmasının zəruriliyi, bələdiyyələrin vəzifəli şəxslərinin
bilavsitə korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan
hüquqpozmaları ilə bağlı iştirakçıların diqqətinə çatdırılıb, bu sahədə
qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsi barədə tövsiyələr verilib.
Sonda iştirakçıların çıxış və təklifləri dinlənilib.
https://belediyye.gov.az/news/canli
Rəylər
0 Rəy