Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-05-2024 , 21:40

2665

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

ABMA-da “Azərpoçt” MMC-nin rəhbər şəxsləri ilə görüş keçirilmişdir

 

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) inzibati binasında “Azərpoçt” MMC-nin rəhbər şəxslərinin və ABMA nümayəndələrinin iştirakı ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində işgüzar tədbir keçirilib.

Tədbirdə son vaxtlar bələdiyyələrin poçt xidmətlərindən istifadəsi zamanı qarşılaşdıqları problemlər, yerlərdə bəzi poçt şöbələrinin bağlanması səbəbindən yerli vergilərin yığım səviyyəsinin aşağı düşməsi kimi məsələlər səsləndirilmişdir.

İşgüzar disskusiya formatında keçirilən görüşdə  “Azərpoçt” MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən qaldırılan məsələlərə münasibət bildirilmiş və tezliklə müvafiq addımlar atılmaqla problemlərin aradan qaldırılacağı barədə fikirlər irəli sürülmüşdür. Həmçinin, yaxın gələcəkdə bələdiyyələrin müvafiq terminallarla təhciz edilərək onların yığımlarına dəstək göstərilməsinin nəzərdə tutulduğu qeyd olunmuşdur.

Tədbirin sonunda qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, qarşıya çıxan problemlərin birgə müzakirəsi, optimal həll yollarının araşdırılması üçün mütəmadi görüşlərin təşkil olunmasının zəruriliyi qeyd edilmişdir.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
959

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
1159

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
949