Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-05-2024 , 21:15

3639

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şuşa rayonu üzrə kənd təsərrüfatının göstəriciləri


Şuşa rayonu üzrə 2024-cü ilin məhsulu üçün 01 aprel 2024-cü il vəziyyətinə 1939,1 hektarda əkin işləri aparılmışdır ki, bunun da 1876,1 hektarı payızlıq, 63,0 hektarı yazlıq əkin sahəsidir. Payızlıq əkin sahəsinin 1026,9 hektarı buğda, 736,8 hektarı arpa, 112,4 hektarı isə yaşıl yem, yəni xəsil sahələridir. Yazlıq əkin sahəsinin isə 30,0 hektarı yazlıq arpa,  11,5 hektarı keçən ilin payızlıq əkinini də daxil etməklə cari ilin kölgəliksiz çoxillik otları (təzə yonca), 4,5 hektarı kartof, 17,0 hektarı tərəvəz sahəsidir. 

Yazlıq əkin hal-hazırda davam edir.

01 aprel 2023-cü il vəziyyətinə iri  buynuzlu  mal-qaranın sayı 4803 baş  olduğu  halda,  01 aprel 2024-cü  ildə 5341 baş olmuş, yəni 538 baş və  ya  11,2 faiz,  inək  və  camışların sayı  01 aprel 2023-cü  ildə  2346 baş  olduğu  halda, 01 aprel 2024-cü  ildə 2540  baş olmuş,  yəni 194  baş  və  ya 8,3 faiz artmış,  qoyun  və  keçilərin sayı  01 aprel 2023-cü  il  35155 baş  olduğu  halda,  01 aprel 2024-cü  ildə  32889 baş olmuş, yəni 2266 baş  və ya 6,4 faiz  azalmışdır. 

2024-cü ilin yanvar-mart ayları ərzində ət istehsalı 1043,0 sentner (diri çəkidə), süd istehsalı 5305,0 sentner, yumurta istehsalı 314,0 min ədəd olmuşdur. 2024-cü il yanvar-mart ayları ərzində 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 15,0 sentner, yəni 1,5 faiz, süd istehsalı 25,0 sentner, yumurta istehsalı 2,0 min ədəd, yəni 0,6 faiz artmışdır. 

2024-cü ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 1208,2 min manat olmuşdur ki, bu da 2023-cü ilin yanvar-mart aylarına nisbətən 93,7  min manat, yəni 1,1 faiz artmışdır.  

Anar Xəlilov

Şuşa Rayon Statistika İdarəsinin rəisi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
745

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
819

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
726

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
896

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1189

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1093