Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-04-2024 , 18:03

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə  sədri yerindədirsə, bələdiyyədə vergi-uçot sistemi qurulubsa....


Dövlət Statistika Komitəsindən əldə etdiyim bəzi məlumatları təhlil edəndə çox maraqlı və diqqətiçəkən məqamlarla üz-üzə gəlmək olar.  

Bakının 53 bələdiyyəsinin əldə etdiyi 16.573.600 manatın 2.122.264 manatını, yəni 12.8 faizini  Xətai Bələdiyyəsi əldə edib. Əlavə edim ki, bir milyonluq həddi paytaxtın beş bələdiyyəsi keçib.

Bu sıraya Xətai, Nərimanov, Yasamal, Nəsimi və Səbail bələdiyyəsi qoşulub. Ümumilikdə isə beş bələdiyyə ümumi büdcə gəlirinin 50 faizdən artıq hissəsini toplaya biliblər. Adıçəkilən bələdiyyələr əmlak vergisinin həcmini də kifayət qədər artırmağa nail ola biliblər.     

***  

Ötən il  Ağsu  rayonunda formalaşan  31  bələdiyyənin büdcə gəliri 403.800 manat olub. Bu 2022-ci llə müqayisədə cəmi 12.8 faiz çox deməkdir.

Əldə edilən vəsaitin 117.554 manatını isə Gəgəli Bələdiyyəsi əldə edib. Belə çıxır ki, Ağsu bələdiyyələrinin əldə etdiyi maliyyə vəsaitinin 29 faizini Gəgəli Bələdiyyəsi əldə edib.

Rayon bələdiyyələrinin büdcə gəlirləri ümumilkdə 12.8 faiz, Gəgəli Bələdiyyəsində isə bu artım 66 faiz olub. Rayon üzrə torpaq icarəyə və istifadə verilməsindən əldə olunan 121.400 manatının 61.104 manatını Gəgəli bələdiyyəsi əldə edib. Maraqlıdır, bəs digər bələdiyyələr nə ilə məşğul olub. Belə çıxır ki,  30 bələdiyyə üst-üstə 286.246 manat əldə edib.

***

Abşeron rayonunda formalaşan 15 bələdiyyənin əldə etdiyi 3.648.300 manat vəsaitin  1.440.000 manatını, yəni 39.4 faizini Xırdalan bələdiyyəsi əldə edib. Fəaliyyəti müsbət qarşılanan Fatmayı, Göradil və Mehdiabad bələdiyyəsindən  başqa , digər on bir bələdiyyə hansı fəaliyyətləriylə seçilib.

Düşündürücü sualdır.

***

Hər halda gəldiyimiz qənaətə görə, bələdiyyə  sədri yerindədirsə, bələdiyyədə vergi-uçot sistemi qurulubsa, demək iş gedəcək. Həm büdcə gəliri artacaq, həm də vətəndaş məmnunluğu təmin ediləcək.

Hər halda seçki ilində gəlin fəaliyyətimizi təbliğ etməyi unutmayaq.

Belediyye.info         

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Assosiasiya sədri üçün özəl gün

Gündəlik Xəbərlər
15-02-2024

Bələdiyyə daha bir layihəyə yekun vurub

Gündəlik Xəbərlər
29-01-2024