Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-03-2024 , 22:30

6151

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İmişli regional ədliyyə idarəsi tərəfindən Saatlı rayonunda  seminar-müşavirə keçirilib

İmişli regional ədliyyə idarəsi tərəfindən Saatlı rayonunda İcra Hakimiyyətinin rəhbərliyinin, yerli ədliyyə qurumlarının və inzibati ərazi dairəsi üzrə nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Regional idarənin baş məsləhətçisi Ruslan İsmayılov çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib, vətəndaşlara xidmət sahəsində notariat və qeydiyyat orqanlarının mühüm fəaliyyətinə toxunub, əhali, xüsusilə gənclər arasında erkən nikahın mənfi nəticələrinə dair maarifləndirmə işinin aparılmasının vacibliyini diqqətə çatdırıb.

Seminarda regional idarənin əməkdaşlarının, Saatlı rayon qeydiyyat şöbəsinin rəisi Rəşad Qəhrəmanovun və notariat ofisinin xüsusi notariusu Niyazi Yusiflinin qeydiyyat və notariat sahəsində xidmətlərin Saatlı Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən icrası vəziyyəti və erkən nikah mövzularında mühazirələri dinlənilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
880

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
826

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
1105

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
770

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
985