Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-03-2024 , 19:34

1266

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının, İqtisadiyyat Nazirliyinin, Ədliyyə Nazirliyinin nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə görüş keçirilib

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) təşkilatçılığı ilə 14 mart 2024-cü il tarixdə İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX), Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının əməkdaşları, həmçinin Bakı və regionlardan dəvət olunmuş bələdiyyə və QHT sədrlərinin iştirakı ilə “Bələdiyyə mülkiyyətinin tanıdılması sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda qarşılıqlı diskusiya və müzakirələr formatında tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ABMA-nın əlaqələndirici koordinatoru Aydın Muradov Milli Assosiasiyalarının təşəbbüsü ilə keçirilən tədbirin vacibliyini, xüsusilə bələdiyyə torpaqlarının ayrılması və sənədləşdirilməsinə dair mövcud problemlərin müzakirəsinin öndə duran aktual məsələlərdən olduğunu diqqətə çatdırdı. O, qeyd etdi ki, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları mütəmadi olaraq bələdiyyələrlə qarşılıqlı fəaliyyətdə olarkən yerlərdən bu istiqamətdə çoxsaylı problemlərin aradan qaldırılması ilə bağlı müraciətlər olur. Qeyd olunanlar bugünkü müzakirələrin təşkilini zəruri etmişdir.

Əmlak Məsələləri Dövlət Xidmətindən gələn nümayəndə heyətinin rəhbəri, şöbə müdiri İlqar Həbiyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi İsrafil Mustafayev, bələdiyyə sədrləri, QHT nümayəndələri və digər iştirakçılar mövzu ətrafında əhatəli müzakirələr apararaq mövcud problemləri təhlil etdilər, onların aradan qaldırılması yollarının araşdırılması istiqamətində təkliflər səsləndirdilər. İ.Həbiyev məlumat verərək bildirdi ki, mövcud problemlərin  həlli məqsədi ilə bələdiyyələrə göstərilən xidmətlərin elektronlaşdırılması və bələdiyyə əmlakının tanıdılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı hazırda ƏMDX-də müvafiq tədbirlər görülməkdədir. Həmçinin bələdiyyələrlə əməkdaşlığın daha da artırılması məqsədilə müvafiq ərazi idarələrində “Bələdiyyə günləri”nin keçirilməsi nəzərdə tutulur.

 ​Sonda bu istiqamətdə tədbirlərin davam etdirilməsi, qarşılıqlı əməkdaşlığın inkişafı, ABMA-nın təşəbbüsü ilə koordinasiyalı fəaliyyətin qurulması üçün işçi qrupun yaradılması, bələdiyyələrin qarşılaşdıqları problemlərin yerində araşdırılması və qısa müddətdə həll olunması prioritet məsələ kimi qarşıya qoyuldu.

https://abma.gov.az/az/abmaxeber/azerbaycan-belediyyelerinin-milli-assosiasiyalarinin-iqtisadiyyat-nazirliyinin-edliyye-nazirliyinin-numayendeleri-ve-belediyye-sedrlerinin-istiraki-ile-gorus-kecirilib


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İmişli regional ədliyyə idarəsi ötən ilə yekun vurdu


Gündəlik Xəbərlər
04-02-2025
981
Belə "maniPulyativ" addımlarla nə qazandınız: CİDDİ 
Gündəlik Xəbərlər
04-02-2025
1106

1 milyondan çox seçici səs verib

Gündəlik Xəbərlər
29-01-2025
1167

İlham Əliyev səs verdi

Gündəlik Xəbərlər
29-01-2025
1549

Bələdiyyə seçkilərinə böyük maraq var


Gündəlik Xəbərlər
29-01-2025
1129

Məzahir Pənahov seçicilərə çağırış etdi


Gündəlik Xəbərlər
29-01-2025
1092

Azərbaycanda bələdiyyə seçkiləri başladı


Gündəlik Xəbərlər
29-01-2025
1095