Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-02-2024 , 16:26

3072

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Qarabağ müharibəsi şəhidi Nərman Nağıyevin əziz xatirəsi anılıb

Fevralın 23-də İmişli rayonunun Qaradonlu kənd tam orta məktəbində I Qarabağ müharibəsi şəhidi Nağıyev Nərman Rüstəm oğlunun anım mərasimi ilə bağlı tədbir keçirilib. Tədbirdə şəhidimizin ailə üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəb kollektivi iştirak ediblər. Tədbirdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılıb, əziz xatirəsi ehtiramla yad edilib. Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Çıxış edənlər Azərbaycan Ordusunun qazandığı tarixi qələbəsindən söz açaraq bu zəfər ilə şəhidlərimizin qisasının alındığını qeyd ediblər. Şəhidlik zirvəsinə ucalan oğullarımızla tək bu gün deyil, illər ötsə belə gələcək nəsillərin qürur duyacağı söylənilib. Nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağı, onların qəlblərdə əbədi yaşayacağı dilə gətirilib. Məktəbin şagirdləri isə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Şəhidimizin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.  

 Xatırladaq ki, Azərbaycan Ordusunun zabiti olmuş şəhid Nağıyev Nərman Rüstəm oğlu 27 noyabr 1959-cu ildə İmişli rayonunun Məzrəli kəndində anadan olub. 23 fevral 1994-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə itgin düşmüş, döyüşlər bitdikdən sonra qəhrəmanımıza şəhid statusu verilmişdir. Adını əbədiləşdirmək məqsədilə İmişli şəhər küçələrindən biri N.Nağıyev adlandırılmışdır.  Allah rəhmət eləsin!


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İmişli regional ədliyyə idarəsi ötən ilə yekun vurdu


Gündəlik Xəbərlər
04-02-2025
976
Belə "maniPulyativ" addımlarla nə qazandınız: CİDDİ 
Gündəlik Xəbərlər
04-02-2025
1101

1 milyondan çox seçici səs verib

Gündəlik Xəbərlər
29-01-2025
1163

İlham Əliyev səs verdi

Gündəlik Xəbərlər
29-01-2025
1545

Bələdiyyə seçkilərinə böyük maraq var


Gündəlik Xəbərlər
29-01-2025
1125

Məzahir Pənahov seçicilərə çağırış etdi


Gündəlik Xəbərlər
29-01-2025
1088

Azərbaycanda bələdiyyə seçkiləri başladı


Gündəlik Xəbərlər
29-01-2025
1091

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Gündəlik Xəbərlər
29-01-2025
1165