Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-12-2023 , 09:14

3342

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ekologiya və Təbii sərvətlər nazirliyi bələdiyyələrlə "mübarizədə" yeni metod tapıb?

Ekologiya və Təbii sərvətlər nazirliyi bələdiyyələrlə "mübarizədə" yeni metod tapıb. Yəni rayon polis şöbəsinin iştirakıyla bələdiyyələri  ərazisində məişət tullantılarının qalaqlanmasına görə inzibati məsuliyyətə cəlb edilirlər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün kəndin və ya qəsəbənin bələdiyyə sədri barəsində protokol tərtib edilir.

Nazirlyin bələdiyyələrə "ikili standartla" yanaşması başa düşülən deyil. Nazirlik bir tərəfdən bələdiyyələri bir struktur olaraq tanıyır, ikinici tərəfdən də "girəvə düşən kimi" ya cərimə kəsir, ya da inzibati məsuliyyətə cəlb edir.

Bu dəfə polisin,  belə deyək də, əli ilə.  Bununla bağlı Ədliyyə Nazirliyinin tövsiyə məktubunu bir daha paylaşıram ki, müvafiq qurumların müvafiq məsul əməkdaşları oxuyub maariflənsinlər.

Belə olmaz. Maliyyəsiz və az qala səlahiyyətsiz vəziyyətdə qalan bir quruma dəstək vermək əvəzinə mütəmadi olara cərimə və ya inzibati məsuliyyətə cəlb etmək heç bir məntiqə sığmır. 

Düşünməyə dəyər....

Vüqar Tofiqli 

https://belediyye.info/metodik-tovsiyeler/30

Rəylər

1 Rəy

Atayeva Sevin Sahib qızı

06-12-2023, 1 il əvvəl

Sabahınız xeyir. Bəlkə də düşünülmüş məsələdir ki, bələdiyyələr cərimələri ödəməklə, məhkəmələrlə məşğul olaraq digər işlərə vaxt və sərmayə tapmasınlar

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024
326

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024
694