Ekologiya və Təbii sərvətlər nazirliyi bələdiyyələrlə "mübarizədə" yeni metod tapıb?
Ekologiya və Təbii sərvətlər nazirliyi bələdiyyələrlə "mübarizədə" yeni metod tapıb. Yəni rayon polis şöbəsinin iştirakıyla bələdiyyələri ərazisində məişət tullantılarının qalaqlanmasına görə inzibati məsuliyyətə cəlb edilirlər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün kəndin və ya qəsəbənin bələdiyyə sədri barəsində protokol tərtib edilir.
Nazirlyin bələdiyyələrə "ikili standartla" yanaşması başa düşülən deyil. Nazirlik bir tərəfdən bələdiyyələri bir struktur olaraq tanıyır, ikinici tərəfdən də "girəvə düşən kimi" ya cərimə kəsir, ya da inzibati məsuliyyətə cəlb edir.
Bu dəfə polisin, belə deyək də, əli ilə. Bununla bağlı Ədliyyə Nazirliyinin tövsiyə məktubunu bir daha paylaşıram ki, müvafiq qurumların müvafiq məsul əməkdaşları oxuyub maariflənsinlər.
Belə olmaz. Maliyyəsiz və az qala səlahiyyətsiz vəziyyətdə qalan bir quruma dəstək vermək əvəzinə mütəmadi olara cərimə və ya inzibati məsuliyyətə cəlb etmək heç bir məntiqə sığmır.
Düşünməyə dəyər....
Vüqar Tofiqli
Rəylər
1 Rəy
Atayeva Sevin Sahib qızı
06-12-2023, 1 il əvvəl
Sabahınız xeyir. Bəlkə də düşünülmüş məsələdir ki, bələdiyyələr cərimələri ödəməklə, məhkəmələrlə məşğul olaraq digər işlərə vaxt və sərmayə tapmasınlar
Cavabla