Bələdiyyə Günü və bələdiyyələr üçün medal təsis olunması təklif edilib
Milli Məclisin Regional məsələlər komitəsində keçirilən “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmədə deputat Müşfiq Cəfərli deyib ki, bu gün Azərbaycanın işğaldan azad etdiyi ərazilərə Böyük Qayıdış həyata keçirilir, 2026-cı ilədək 150 min insanın qayıdışı planlaşdırılır.
Deputat bildirib ki, güclü Azərbaycana güclü bələdiyyələr yaraşır: “Ona görə də artıq bələdiyyələrin də fəaliyyəti gücləndirilməlidir. Bələdiyyələrlə bağlı hər hansı gün yoxdur, Azərbaycanda ilk bələdiyyə seçkisinin keçirildiyi 12 dekabr belə tarix kimi qeyd edilməlidir. Həm də bələdiyyə üzvlərinin təltif olunması üçün medalın hazırlanması da yaxşı olardı, onları stimullaşdırardı”.
Rəylər
0 Rəy