Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-11-2023 , 21:40

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Əziz Zeynalov: “Uzun illər boyu formalaşmış tolerantlıq prinsiplərinin qorunmasında bələdiyyələrimizdə öz töhfəsini verməlidir”

“Müasir dövrdə həyata keçirilən multikulturalizm siyasəti ölkəmizin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir. Uzun illər boyu formalaşmış bu prinsiplərin qorunmasında maliyyə imkanları çərçivəsində bələdiyyələrimizdə öz töhfəsini verməlidir”- bu fikirləri Belediyye.infoya Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov bildirib.

Sədrin sözlərinə görə, Azərbaycan müxtəlif  mədəniyyətlərin  qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınmışdır. Bu gün multikulturalizm və tolerantlıq milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq hər bir vətəndaşımızın gündəlik həyat tərzinə çevrilib. Məhz bu ideyalara dəstək vermək məqsədiylə bələdiyyə olaraq “Biz tolerantıq” layihəsini gercəkləşdirməklə  öz töhfəmizi verməyə çalışırıq.

Nəsimi RİH-in təşəbbüsü və Nəsimi Bələdiyyəsinin iclasının qərarıyla layihə çərçivəsində beş sənədli film hazırlanaraq geniş ictimaiyyətə  təqdim edilib.

Sədr bildirib ki, ölkəmizdə bütün xalqların, toplumların ürəyi eyni ritmdə vurur, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Bu gün 44 günlıük Vətən müharibəsi günlərində savaş meydanında ölkəmizdə yaşayan hər bir xalqın təmsilçisi torpaqlarımızı mənfur düşməndən təmizlənməsində yaxından iştirak etdilər.

"Dağ yəhudilərinin Azərbaycana köçü", "Lahic-müxtəlif mədəniyyətlərin ortaq vətəni", “Azərbaycanın xristian xalqı-udulər”, “Azərbaycanın yeganə kolxozu-İvanovka” adlanan sənədli filmlərin də əsas məqsədi ölkəmizdəki dinlərarası və xalqlararası ünsiyyətin hansı səviyyədə olmasını bir daha nümayiş etdirməkdir.

Sədr sonda qeyd edib ki, gələcəkdə bu sənədli fimlərin xarici dillərə də tərcümə edilməsi nəzərdə tutulur.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yeddinci onilliyin astanasında

Gündəlik Xəbərlər
14-12-2023

Otelləri ən çox pul qazanan 16 rayon

Gündəlik Xəbərlər
13-12-2023

İnamın bariz nümunəsi

Gündəlik Xəbərlər
10-12-2023