Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-11-2023 , 21:49

3556

Son xəbərlər

Bütün xəbərlər

İki məktuba bir cavabın təhlili CİDDİ 

Elmi-Praktik Məsələlər
30-07-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bakıda tikinti layihələrinə dair ekoloji qiymətləndirmə aparılıb

Bakı şəhərində dövlət qurumları və özəl təşkilatlardan daxil olan tikinti layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi, ictimaiyyətin məlumatlandırılması və ekoloji rəyin verilməsi məqsədilə növbəti ictimai dinləmə keçirilib.
Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən tədbirdə "Bakı Metropoliteni” QSC tərəfindən Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində inşa olunan "B04” stansiyasının çıxışları, ADA Universitetinin yaxınlığında Azərbaycan-İtaliya Universitetinin tikintisi üçün ayrılmış sahədə, Nəsimi rayonu, Bakıxanov küçəsi, 631-ci məhəllədə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin yeni inzibati binasının tikintisi üçün ayrılmış torpaq sahəsində, eyni zamanda Xətai, Binəqədi, Sabunçu, Nizami və Nərimanov rayonları ərazisindəki tikinti şirklətləri tərəfindən inşa olunan layihələrdə layihə altına düşən yaşıllıqların köçürülməsinə dair müzakirələr aparılıb. 
Əsas məqsədin yaşıllıqların mümkün dərəcədə qorunması, artırılması, götürülməsinə rəy verilmiş ağacların öncədən ayrılmış ərazilərə standartlara uyğun qaydada köçürülməsi, yaşıllıqlarin bioloji inkişafdan qalmasına yol verilməməsi və sonrakı illərdə də onlara mütəmadi düzgün aqro-texniki qulluq göstərilməsi olduğu bildirilib.  
Tədbirdə layihələri ictimai dinləməyə çıxarılan dövlət qurumlarının və şirkətlərin nümayəndələri tikinti zamanı götürüləcək yaşıllıqlarla bağlı öhdəliklərini, bərpa dəyərini açıqlayıb, ətraf mühitin mühafizəsi istiqamətində görəcəkləri tədbirlərdən danışıblar. 
Agentlik daxilində fəaliyyət göstərən Rəy və icazələrin monitorinqi şöbəsinin əməkdaşları tərəfindən bir müddət sonra həmin ərazilər üzrə monitorinq keçiriləcəyi və nəticələr barədə məlumatların təqdim olunacağı qeyd olunub.
İctimai dinləmədə Binəqədi rayonunda ağacların kəsilməsi faktı ekoloqlar və qeyri-hökumət təşkilatları nümayəndələri tərəfindən də sərt şəkildə qınanıb, belə halların yolverilməz olduğu diqqətə çatdırılıb.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Prezidentdən Milli Mətbuat Günü PAYLAŞIMI

Gündəlik Xəbərlər
22-07-2025
509

Səyyar görüşlərdən geridə qalanlar

Gündəlik Xəbərlər
21-07-2025
420

Prezidentin cavablandırdığı suallar - Tam mətn

Gündəlik Xəbərlər
20-07-2025
377

Yeni Əməkdaşlıq Dövrü

Gündəlik Xəbərlər
03-07-2025
624

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
787

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
697

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
811

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
2285