Təmraz Tağıyev: “Biz bələdiyyələri ittiham etməyə yox, ilk növbədə bələdiyyə vergilərini vaxtında ödəməklə öz dəstəyimizi göstərməyə çalışmalıyıq"
“Bizim məqsədimiz Ulu öndər Heydər Əliyevin yadığarı olan bələdiyyə sisteminin inkişafına yardımçı olmaqdır”- bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tagıyev bildirib.
Bu gün ölkəmizdə formalaşan elə bir bələdiyyə yoxdur ki, bu qədər problem, bəzən də təcrübəsizliyin yaratdığı çətinilklərə baxmyaraq öz ərazilərində hansısa layihəni icra etməmiş olsun. Biz bələdiyyələri ittiham etməyə yox, ilk növbədə bələdiyyə vergilərini vaxtında ödəməklə səs verdiyimiz orqanlara öz dəstəyimizi göstərməliyik.
Rəhbəri oldugu qurumların fəaliyyətlərinin təbliğinə maraqlı olan sədr daim bəzi mərkəzi icra orqanlarının, bəzən də ayrı-ayrı şəxslərin bələdiyyələrə qarşı neqativ mövqedə dayanmasına narahat olduğunu bildirib. Hər bir bələdiyyə üzvü daim belə hallarla mübarizə aparmaqdan yorulmamalıdır.
Təmraz Tağıyev saha sonra qeyd eidb ki, bələdiyyələr fəaliyyətlərinin təbliğinə maraqlı olmalı, seçicilərinə verdikləri sözü tutmağa çalışmalıdır. Unutmayaq ki, növbəti seçkiyə bir il vaxt qalır.
Belediyye.info
Rəylər
0 Rəy