Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-06-2023 , 18:42

4595

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

"Havanı kim çirkləndirir?" layihəsi çərçivəsində təqsirkar şəxslər cərimələnib 

"Havanı kim çirkləndirir?" layihəsi çərçivəsində təqsirkar şəxslər cərimələnib 

 Ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən "Havanı kim çirkləndirir?" aksiyası çərçivəsində keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Balaxanı qəsəbəsində və Neftçala şəhəri, 33-cü məhəllə ünvanında fəaliyyət göstərən asfalt-beton zavodlarından atmosferə tullantı atılığı müəyyən olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı “15 nömrəli Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı və “50 saylı Yol İstismarı İdarəsi” MMC-yə məxsus asfalt zavodunun zəruri ekoloji-normativ sənədləri olmadan fəaliyyət göstərdiyi məlum olub.

Faktlarla bağlı zavodların rəhbər şəxsləri Musa Cəbiyev və Fizuli Babayev barəsində protokol tərtib olunub və onlar, vəzifəli şəxs qismində cərimələnib. Zavodlardakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, çatışmazlıqları aradan qaldırmaq, havanın çirkləndirilməsinə yol verməmək üçün M.Cəbiyevə və F.Babayevə məcburi göstəriş verilib.

Xatırladaq ki, "Havanı kim çirkləndirir?" layihəsinin əsas hədəfi ölkə ərazisində atmosfer havasına normadan artıq tullantıların atılmasına qarşı nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin diqqətini və dəstəyini ətraf mühitin mühafizəsinə yönəltməkdir.

Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən atmosfer havasına tullantıların atılması halları ilə rastlaşdıqda Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 Çağrı mərkəzinə və info@eco.gov.az elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
733

Yeni seçilən bələdiyyə sədrlərinə 14 qızıl tövsiyə

Gündəlik Xəbərlər
26-03-2025
1002

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
841

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Gündəlik Xəbərlər
06-03-2025
1153

Yeni seçilən bələdiyyə sədrlərinin diqqətinə: CİDDİ

Gündəlik Xəbərlər
05-03-2025
1028