Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-06-2023 , 08:10

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Dünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində elektrik avtomobillərin yürüşü keçirilib

Dünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində elektrik avtomobillərin yürüşü keçirilib

5 iyun Dünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət Nazirliklərinin, BMT-nin İnkişaf Proqramının (UNDP) və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə elektrik avtomobillərin yürüşü baş tutub.

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yürüşdə elektromobillərdən ibarət “karvan” Heydər Əliyev Mərkəzindən Qobustan dövlət tarixi-bədii qoruğu marşrutu ilə hərəkət edərək, paytaxt sakinlərinin və çoxsaylı turistlərin marağına səbəb olub.

Yürüşün məqsədi həm Heydər Əliyev irsinin təşviqi, eyni zamanda dövlət əhəmiyyətli tarixi-bədii qoruqlara, ətraf mühitin qorunmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir.

Yürüşün final mərhələsində məktəblilər arasında elan olunmuş “Gələcəyin ekoloji avtomobili” mövzusunda onlayn rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb, daha sonra Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiya təşkil olunub.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024