Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-04-2024 , 09:59

5477

Son xəbərlər

Bütün xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycanda böyük bələdiyyələrə doğru islahatın yeni mərhələsi başlayır…

Vüqar Tofiqli: “Kiçik bələdiyyələrin birləşdirilməsi ilə  vətəndaş məmnunluğunu təmin edə biləcək səviyyəyə çatılacaq”

Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasında bələdiyyələr 1999-cu ildə yaradılıb.

Azərbaycanda bələdiyyələrlə bağlı yeni proses başlayıb. Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq.

Beləliklə, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyələri birləşəcək. Bununla da bələdiyyə sahəsində islahatlara start veriləcək. Kiçik bələdiyyələrin birləşdirilməsi ilə böyük bələdiyyələr yaranacaq. Qeyd edək ki, əksər inkişaf etmiş ölkələrdə xırda bələdiyyələrlə birləşərək böyük bələdiyyələr yaranıb. Bu bələdiyyələrdə öz sahələrinə, ərazilərinə yüksək xidmət göstərir. 

Prezident İ.Əliyevin məlum sərəncamı ilə böyük bələdiyyələrin yaradılması, kiçik bələdiyyələrin mümkün qədər sıradan çıxması kimi ilə yeni mərhələyə start veriləcək.

“Bu fərman Azərbaycan bələdiyyələrinin üzləşdiyi problemin həlli istiqamətində atılacaq addımlar biridir” 

Mövzu ilə bağlı fikir bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri Vüqar Tofiqli “Bakı-Xəbər”ə açıqlamasında bunları dedi: “Bələdiyyələrin birləşdirilməsi bu sahədə yaşanan problemlərin həll olunmasına təsir edəcək. Prezident İlham Əliyevin imzaladığı məlum fərman bələdiyyələrin inkişafında mütərəqqi rol oynayacaq. Bu fərman Azərbaycan bələdiyyələrinin üzləşdiyi problemin həlli istiqamətində atılacaq addımlardan biridir”.

V.Tofiqlinin sözlərinə görə, Azərbaycan bələdiyyələri maliyyə resurslarının toplanması, bələdiyyə-icra münasibətlərinin tənzimlənməsi sahəsində problem yaşayırdı. Həmçinin, qanunvericilikdə də  boşluqlar var idi: “Məlumdur ki,  bu il seçki ilidir. Seçki ilində belə bir fərmanın imzalanması təqdirəlayiqdir. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanunlara edilən dəyişikliklər bu sahədə yaşanan problem və çətinliklərin aradan qaldırılmasına səbəb olacaq”.

Həmsöhbətimiz hesab edir ki, kiçik bələdiyyələrin birləşdirilməsi ilə  vətəndaş məmnunluğunu təmin edə biləcək səviyyəyə çatılacaq: “Azərbaycan bələdiyyəsinin 25 illik fəaliyyəti dövründə müəyyən  işlər görülüb. Azərbaycan bələdiyyələri 25 illik inkişaf dövründə bir sıra çətinlik və problemlərlə üz-üzə qalsalar da, son  bir neçə ildə müvafiq orqanlar tərəfindən atılan addımlar sayəsində müəyyən mənada inkişafa nail olublar. Azərbaycan bələdiyyəsi zamanla lazımi səviyyəyə çatacaq”. 

Günel CƏLİLOVA

https://baki-xeber.com/9091-azerbaycanda-boyuk-belediyyelere-dogru-islahatin-yeni-merhelesi-baslayir.html

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
452

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
353

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
357

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
257

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
396

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
243

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
397

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
607

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
381

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
697